Qambiya Respublikası
Azərbaycan Respublikası və Qambiya Respublikası arasında ikitərəfli münasibətlər
1994-ci ilin 11 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
2018-ci ilin 7-8 iyun tarixlərində Qambiya Respublikasının Xarici İşlər naziri Useynu Darboenin başçılıq etdiyi, Qambiyanın Əmək və İnfrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.
4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Qambiya Respublikasının Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan Qambiyalılarla iş üzrə naziri cənab Mamadu Tanqara iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilmişdir. 2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı (hər proqram üzrə 20 nəfər olmaqla) Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Hazırda Qambiyanın vətəndaşları təhsil qrantı proqramları çərçivəsində Azərbaycanda təhsil alırlar.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 1 sənəd imzalanmışdır.