Efiopiya Federativ Demokratik Respublikası
Azərbaycan Respublikası və Efiopiya Federativ Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
2 noyabr 1992-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
28 dekabr 2012-ci il Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyi təsis edilmişdir. 4 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2697 saylı Sərəncam imzalanmışdır.
31 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyinin təşkilatçılığı ilə “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqdimatı keçirilmişdir.
8-10 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olmuşdur.
24-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Efiopiya Federativ Demokrtaik Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət naziri Markos Teklenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
26 oktyabr 2019-cu il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Efiopiya Federativ Demokrtaik Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət naziri Markos Teklenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Hüquq-müqavilə bazası
İki ölkə arasında 2 sənəd imzalanmışdır.
Diplomatik Nümayəndəlik
Ünvan: Kolfe Keranio Subcity, Woreda 9, House N 2467
Addis Ababa, Ethiopia
Tel: +251 113 691 586/58
Fax: +251 113 691 512
E-poçt: addisababa@mission.mfa.gov.az
İnternet səhifəsi: www.addisababa.fa.gov.az