Afrika
Eritreya Dövləti
Azərbaycan Respublikasıilə Eritreya Dövləti arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikasıilə Eritreya Dövləti arasında diplomatik əlaqələr 20 aprel 2004-cü ildə qurulmuşdur.
25 sentyabr 2018-ci il tarixində AR xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Eritreyanın Xarici İşlər naziri Osman Saleh Məhəmməd ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.