Afrika
Çad Respublikası
Azərbaycan Respublikası ilə Çad Respublikası arasında ikitərəfli münasibətlər
5 aprel 2004-cü il tarixində Azərbaycan Respublikası ilə Çad Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol imzalanmışdır.
06 aprel 2018-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Şerif ilə görüşmüşdür.
22 sentyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Çad Respublikasının xarici işlər naziri Mahamat Zene Şerif ilə görüşmüşdür.