Azərbaycan - Körfəz Əməkdaşlıq Şurası münasibətləri

Azərbaycan ilə KƏŞ arasında əlaqələrin qurulması ilə bağlı təklif 2010-cu ildə irəli sürülmüş və bu təşəbbüs KƏŞ-in həmin il keçirilmiş xarici işlər nazirləri şurası tərəfindən müsbət qarşılanmışdır.

2013-cü ilin 09-13 iyun tarixlərində Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Əbdüllətif  bin Rəşid Əz-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

11 iyun 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əz-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

18-20 oktyabr 2017-ci il tarixlərində Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibi doktor Əbdüllətif bin Rəşid Əz-Zəyani Azərbaycanda səfərdə olmuşdur.

18 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əz-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Həmin gün Əbdül Lətif bin Rəşid Əz-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini iqtisadiyyat naziri Ş.Mustafayev və xarici işlər naziri E.Məmmədyarov qəbul etmişlər.

20 oktyabr 2017-ci il tarixində KƏŞ-in Baş Katibi doktor Əbdüllətif bin Rəşid Əz-Zəyani 1-ci Azərbaycan-KƏŞ biznes forumunda iştirak etmişdir.     

 

 

Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası

arasında imzalanmış sənədlər

 

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Körfəz Əməkdaşlığı Şurasının Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu” (12 iyun 2013-cü il Bakı)

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti