Azərbaycan - Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) münasibətləri

 

Azərbaycan 24 iyun 2016-cı ildən etibarən AİİB-nin üzvüdür. Azərbaycanın AİB-in səhmlərində payı 0.26%-dir (254.1 milyon ABŞ dolları). Azərbaycan Türkiyə, Gürcüstan, Bruney, Qırğız Respublikası və Pakistanın da daxil olduğu ölkələr qrupunun üzvüdür. Ölkələr qrupunun rəhbəri Türkiyənin təmsilçisi Mehmet Alper Baturdur.

 

 

Azərbaycanın AİİB yanında iqtisadiyyat naziri Mikayıl Cabbarov, alternativ rəhbəri isə maliyyə naziri Samir Şərifovdur.

 

21 dekabr 2016-cı ildə AİİB Azərbaycana 600 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Kreditin məqsədi Cənub Qaz Dəhlizi layihəsinin (TANAP) maliyyələşdirilməsi ilə bağlıdır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti