Toqo Respublikası
Azərbaycan Respublikası ilə Toqo Respublikası arasında ikitərəfli münasibətlər
28 dekabr 2010-cu ildə ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike (Nyu-York) imzalanmışdır.
4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Toqo Respublikasının Prezidenti cənab Fore Qnassinqbe iştirak etmişdir.
2018-ci ilin 27 sentyabr tarixində Nyu-Yorkda Xarici İşlər naziri Elmar Məmmədyarov Toqonun Xarici İşlər və Əməkdaşlıq naziri Robert Dussey ilə görüşmüşdür.
2018-ci ildə AR Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının beynəlxalq inkişafa Yardım Agentliyi (AIDA) inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildən etibarən Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu təşkil edir. 10-30 noyabr 2018-ci il tarixlərində təşkil edilmiş proqramda Togo ilə yanaşı, Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali və Vyetnamdan olan diplomatlar iştirak etmişlər.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 2 müqavilə imzalanmışdır.