Niger
Azərbaycan və Niger arasında ikitərəfli münasibətlər
1995-ci ilin 10 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və IƏT çərçivəsində mövcuddur.
23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
5 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.