Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Beynəlxalq təşkilatlar
Azərbaycan - Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) münasibətləri

Azərbaycan 27 dekabr 1993-cü il tarixindən etibarən ÜMT-nin üzvüdür.

 

Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 iyun 2003-cü il tarixində imzalanmış müvafiq Sərəncamla Azərbaycanla ÜMT arasında əməkdaşlığın həyata keçirilməsinin təmin edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir.

 

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş Katibi Petteri Taalasın 2018-ci ilin 23-25 aprel tarixlərində Azərbaycana səfəri baş tutmuşdur. Səfər zamanı Baş Katib ölkənin bir neçə qurumunda yüksək səviyyədə qəbul edilmiş, görüşlər zamanı Azərbaycan və ÜMT arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə inam ifadə edilmişdir.

 

Səfər çərçivəsində həmçinin, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanmışdır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti