Waving Flag of Uruguay (Animated Gif)

Uruqvay Şərq Respublikası

 

Azərbaycan Respublikası və Uruqvay Şərq Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlər 11 yanvar 1995-ci ildə qurulmuşdur. Azərbaycanın Argentinadakı səfirliyi, eyni zamanda Uruqvayda akkreditə olunmuşdur.

22 mart 2019-cu ildə xarici işlər naziri Elmar Məmmədyarov Uruqvaya səfər etmişdir. Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa 2-3 may 2019-cu ildə Bakıda təşkil edilmiş VI Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana rəsmi səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun rəhbəri Zabelin Mixail Yuryeviçdir.  Uruqvay Parlamentində həm Senat, həm də Nümayəndələr palatasının üzvlərindən ibarət dostluq qrupu mövcuddur.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 7 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycanla Uruqvay arasında ticarət dövriyyəsi

(Azərbaycan Dövlət Statistika və Gömrük Komitəsinin məlumatlarına istinadən)

(min ABŞ dolları )

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2018

203,94

81077,61

81281,55

2019

157.25

-

157.25

2020

71.45

-

71.45

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Uruqvayda akkreditə olunmuş Səfirliyinin Ofisi

Ünvan: Bulevar Artigas 417, Oficina 302, Gamma Tower, Montevideo, CP 11300, Uruguay

İnternet səhifəsi: www.buenosaires.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti