Waving Flag of Costa Rica (Animated Gif)

Kosta-Rika Respublikası

 

Azərbaycan Respublikası və Kosta-Rika Respublikası arasındakı ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Kosta-Rika Respublikası arasındakı diplomatik əlaqələr 1997-ci ilin 15 yanvar tarixində qurulmuşdur. 

 

19-20 oktyabr 2015-ci il tarixində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

1-2 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Kosta Rikaya rəsmi səfər etmişdir.

22-23 iyun 2017-ci il tarixində  Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri cənab Manuel Qonzales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

28-30 noyabr 2017-ci il, 27-29 aprel 2018-ci il tarixlərində Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri cənab Manuel Qonzales Sans Azərbaycan Respublikasına işgüzar səfərlər etmişdir.

 

Müqavilə-hüquq baza

Azərbaycanla Kosta-Rika arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq:

2020-ci ildə Azərbaycan Respublikasının Kosta-Rika ilə ticarət dövriyyəsinin həcmi 1712.80 min ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 1712.80 min ABŞ dolları, ixracın həcmi isə 0 min ABŞ dolları)

 

Diplomatik nümayəndəlik:

Azərbaycan Respublikasının Birləşmiş Ştatlarındakı Səfirliyi

Ünvan: Av. Bosques de la Reforma 580, Col. Bosque de las Lomas, Alcaldia Miguel Hidalgo, C.P. 11700, CDMX, Mexico

İnternet səhifəsi: www.mexico.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti