Waving Flag of Mexico (Animated Gif)

Meksika Birləşmiş Ştatları

 

Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arısında ikitərəfli münasibətlər

 

25 dekabr 1991-ci ildə Meksika Birləşmiş Ştatları Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 10 fevral 1992-ci ildə iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur.

Azərbaycanın Meksikadakı səfirliyi 2 oktyabr 2006-cı ildən fəaliyyət göstərir.

Meksikanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2014-cü ildən fəaliyyət göstərir.

30 noyabr-3 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Meksikanın yeni seçilmiş Prezidenti Andres Manuel Lopez Obradorun inauqurasiya mərasimində iştirak etmək məqsədilə Meksikaya işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.

8 aprel 2010-cu ildə Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arısında 6 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2020-ci ildə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi 50,3mln. ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 50,1mln. ABŞ dolları, ixracın həcmi isə 202.84 min ABŞ dolları).

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

 

Azərbaycan Respublikasına Meksikadan idxal: qurudulmuş noxud, pivə, dondurulmuş Sakit okean balıqları (əsasən qızıl balıq), təzə və dondurulmuş digər balıqlar, şəkərdən hazırlanan tərkibində kakao olmayan qənnadı məmulatları, habelə şokolad və ondan hazırlanan məmulatlar.

Azərbaycan Respublikasından Meksikaya ixrac: Araqatlar, şaybalar və maqnitil rezin lent, bərkitmələr, yer və tunelqazan maşınların hissələri.

 

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Birləşmiş Ştatlarındakı Səfirliyi

Ünvan: Av. Bosques de la Reforma 580, Col. Bosque de las Lomas, Alcaldia Miguel Hidalgo, C.P. 11700, CDMX, Mexico

İnternet səhifəsi: www.mexico.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti