Waving Flag of Honduras (Animated Gif)

Honduras Respublikası

 

Azərbaycan Respublikası və Honduras Respublikası arasındakı ikitərəfli münasibətlər

 

Azərbaycan və Honduras arasında diplomatik  münasibətlər 22 dekabr 1994-cü ildə qurulmuşdur.

27 sentyabr 2013-cu il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyası zamanı Honduras Respublikasının xarici əlaqələr üzrə dövlət katibi  Mireya Aquero de Korrales ilə görüş keçirmişdir.

2014-cü ilin 6-9 may tarixlərində Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mireya Agüero de Korralesin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Honduras Respublikası  arasında 1 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2020-ci ildə ticarət dövriyyəsinin həcmi 55.29 min. ABŞ dolları təşkil etmişdir.

 

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Birləşmiş Ştatlarındakı Səfirliyi

Ünvan: Av. Bosques de la Reforma 580, Col. Bosque de las Lomas, Alcaldia Miguel Hidalgo, C.P. 11700, CDMX, Mexico

İnternet səhifəsi: www.mexico.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti