Waving Flag of Argentina (Animated Gif)

Argentina Respublikası

 

Azərbaycan Respublikası və Argentina Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlər 8 noyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycanın Argentinada Səfirliyi 2010-cu ildə təsis olunmuşdur. Argentinanın Azərbaycanda Səfirliyi 2012-ci ildən fəaliyyət göstərir.

20-21 mart 2019-cu ildə AR-in xarici işlər naziri Elmar Məmmədyarovun “Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfrans”ında iştirak etmək məqsədilə Argentinaya işgüzar səfəri olmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Argentina Respublikası Milli Konqresinin Senatında və Nümayəndələr Palatasında Argentina-Azərbaycan dostluq qrupları mövcuddur.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 25 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu fəaliyyət göstərir. Qrup 2012-ci ilin iyul ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq yaradılmışdır. Argentina və Azərbaycan arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üçün birgə işçi qrupunun ilk iclası 25 noyabr 2014-cü ildə Buenos Ayresdə keçirilmişdir.

 

Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi

(milyon ABŞ dolları ilə)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2018

23,92

0,02

23,9

2019

21,19

0,004

21,15

2020

26,08

5,51

20,57

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyi

Ünvan: Maure 2151, Capital Federal, Buenos Aires, (C1426CTN) Argentina

İnternet səhifəsi: www.buenosaires.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti