Waving Flag of Peru (Animated Gif)

Peru Respublikası

 

Azərbaycan Respublikası və Peru Respublikası arasında ikitərəfli münasibətlər

 

25 iyun 1996-cı ildə Peru Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış və ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin Perunun Lima şəhərindəki diplomatik nümayəndəliyi 1 iyun 2015-ci il tarixində fəaliyyətə başlamışdır.1 iyun 2017-ci ildə Peru Respublikasının Azərbaycanda Səfirliyi açılmışdır.

4 iyul 2019-cu il tarixlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Peru parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Sahib Alıyevdir.

9 noyabr 2015-ci il tarixindən Peru Respublikası Parlamentində Peru-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

2013-cü ilin 10 iyun tarixində Peru Konqresinin Xarici əlaqələr komitəsinin üzvlərinin müraciəti əsasında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qərar (“Motion of the order”) qəbul olunmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycanla Peru arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Peru arasında iqtisadi-ticari əməkdaşlığın iki ölkənin mövcud potensialına cavab vermir. 2019-ci ildə Azərbaycan Respublikasının Peru ilə ticarət dövriyyəsinin həcmi 2189.43 min ABŞ dolları, o cümlədən idxalın həcmi 2179.25 min ABŞ dolları, ixracın həcmi isə 10.18 min. ABŞ dolları, saldo mənfi 2169.07 min ABŞ dolları təşkil etmişdir.

Azərbaycan Respublikasının Peru ilə əsas idxal məhsulları: qurudulmuş paxlalı tərəvəzlər; sitrus meyvələri; ananas, avokado, quayava, manqo və manqostan və ya qarsiniya;  Üzüm, təzə və ya qurudulmuş; təzə almalar, armudlar və heyvalar; Meyvə və qoz-fındıq, dondurulmuş və qısa müddətli saxlanma üçün konservləşdirilmiş;  kişi və qadın geyimi; makaron məmulatları; sular, təbii və ya süni mineral, qazlı sular; diyircəkli qələmlər; kəsilmiş güllər və qönçələr; yarpaqlar, budaqlar və bitkilərin çiçəksiz başqa hissələri;

Azərbaycan Respublikasının Peru ilə əsas ixrac məhsulları: qara metallardan vintlər, boltlar, qaykalar, qarmaqlar, pərçimlər, şponkalar, şplintlər, şaybalar və analoji məmulatlar; maye nasosları; mayelər üçün qaldırıcılar ; elektrik transformatorları, statik elektrik dəyişdiricləri, induktivlik makaraları və drossellər;

 

Azərbaycan və Peru arasında ticarət dövriyyəsi

(min. ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2012

74,7

10,3

85,0

-64,4

2013

57.3

0.2

57,5

-57.1

2014

41,9

0,00

41,9

-41,9

2015

28,6

4,2

32,8

-24,4

2016

636.2

192.7

828.9

-443.5

2017

545.81

1.81

547.62

-544

2018

1043.26

2.37

1045.63

-1040.89

2019

2179.25

10.18

2189.43

-2169.07

 

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti