Kosta-Rika Respublikası
Azərbaycan Respublikası və Kosta-Rika Respublikası arasındakı ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Kosta-Rika Respublikası arasındakı diplomatik əlaqələr 1997-ci ilin 15 yanvar tarixində qurulmuşdur.
19-20 oktyabr 2015-ci il tarixində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
1-2 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Kosta Rikaya rəsmi səfər etmişdir.
22-23 iyun 2017-ci il tarixində Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri cənab Manuel Qonzales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
28-30 noyabr 2017-ci il, 27-29 aprel 2018-ci il tarixlərində Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri cənab Manuel Qonzales Sans Azərbaycan Respublikasına işgüzar səfərlər etmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycanla Kosta-Rika arasında 3 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq:
2020-ci ildə Azərbaycan Respublikasının Kosta-Rika ilə ticarət dövriyyəsinin həcmi 1712.80 min ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 1712.80 min ABŞ dolları, ixracın həcmi isə 0 min ABŞ dolları)
Diplomatik nümayəndəlik:
Azərbaycan Respublikasının Birləşmiş Ştatlarındakı Səfirliyi
Ünvan: Av. Bosques de la Reforma 580, Col. Bosque de las Lomas, Alcaldia Miguel Hidalgo, C.P. 11700, CDMX, Mexico
İnternet səhifəsi: www.mexico.mfa.gov.az