Kolumbiya Respublikası
Azərbaycan Respublikası və Kolumbiya Respublikası arasındakı ikitərəfli münasibətlər
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlər 12 dekabr 1994-cü ildə qurulmuşdur. 2014-cü ilin 1 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Kolumbiya Respublikasında diplomatik nümayəndəliyi fəaliyyət göstərir. 2014-cü ilin 10 yanvar tarixindən etibarən Kolumbiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyət göstərir.
29-30 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfər etmişdir.
16 iyun 2017-ci il tarixində Maria Anxela Olgin Kolumbiya Respublikasının Xarici İşlər Naziri Azərbaycanda səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupu və Kolumbiya Respublikasının Senatında Kolumbiya-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.
20 fevral 2017-ci il tarixində Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi (xarici əlaqələr, təhlükəsizlik və milli müdafiə üzrə Komitə) tərəfindən Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar sənəd (Constansia) qəbul edilmişdir.
2018-ci ilin dekabr ayında Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edilmişdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 7 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Kolumbiya arasında 2020-ci ildə ticarət dövriyyəsi 1.229 min ABŞ dolları təşkil etmişdir.
Mənbə: AR Dövlət Statistika Komitəsi