Araz Əzimov

Araz Əzimov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1978-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsində təhsil almışdır.

1984-1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində fəaliyyət göstərmişdir.

1989-1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 2-ci katib vəzifəsində çalışmışdır.

1990-1991-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində 1-ci katib vəzifəsində işləmişdir.

1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsində müdir müavini vəzifəsində çalışmışdır.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir.

1994-cü ildən Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavinidir

İngilis, fars, rus və türk dillərini bilir

Ailəlidir, 2 övladı var




Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti