Diplomatiya Könüllüləri
Diplomatiya Könüllüləri
Üzvlük üçün tələblər
- Yaşa dair tələblər: 18-24 yaş
- Təhsilə dair tələblər: “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq”, “Regionşünaslıq”, “Hüquqşünaslıq”, “Dövlət və ictimai münasibətlər”, “Dövlət idarəçiliyi”, “Dünya iqtisadiyyatı” və digər əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr tələbələri;
- Azərbaycan dilinə dair tələblər: danışma, dinləmə, oxuma və yazma – tam sərbəst;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili (danışma, dinləmə, oxuma və yazma – sərbəst)
Qeyd: Əlavə xarici dil biliklərini olan namizədlərə üstünlük veriləcəkdir;
- Ofis proqramlarında işləmə bacarıqları;
- Fəaliyyət müddətində keçiriləcək layihələrin mütləq əksəriyyətinə qoşulmaq;
- Operativlik;
- İntizam;
- Təşəbbüskarlıq;
- Ümumi dünyagörüşü və məlumatlılıq;
- Həftədə 5 dəfə yarım gün (09:00 – 13:00 və ya 14:00 – 18:00 arası) olmaqla 3 ay müddətində AR XİN-də fəaliyyət göstərmə imkanı.
Əlaqə
Ünvan: Şıxəli Qurbanov küç. 50, Bakı AZ1009, Azərbaycan
Elektron poçt ünvanı: volunteers@mfa.gov.az