Venesuela Bolivar Respublikası
Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasındakı münasibətlər
12 may 1995-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr qurulmuşdur. 3 fevral 2018-ci il tarixində Venesuela Səfirliyinin rəsmi açılışı olmuşdur və 1 iyun tarixində Səfirlik fəaliyyətə başlamışdır.
2016-cı il 10 oktyabr tarixində Venesuela Bolivar Respublikasının Prezidenti cənab Nikolas Maduro və AR Prezidenti cənab İlham Əliyev arasında İstanbul şəhərində keçirilən 23-cü Dünya Enerji Konqresi zamanı görüş keçirilmişdir.
2016-cı il 21-22 oktyabr və 2019-cu il 25-26 oktyabr tarixlərində Venesuela Bolivar Respublikasının Prezidenti N.Maduro ölkəmizdə rəsmi səfərdə olmuşdur.
13-18 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin növbəti iclasında iştirak etmək məqsədilə Venesuelaya işgüzar səfər etmişdir.
Müqavilə-hüquq bazası:
İki ölkə arasında 3 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq:
2020-ci ildə Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikası ilə ticarət dövriyyəsinin həcmi 2.67 min ABŞ dolları təşkil etmişdir (idxalın həcmi 2.67, ixracın həcmi isə 0 min ABŞ dolları).
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Azərbaycandan Venesuelaya ixrac: qiymətsiz metaldan digər bərkidici armatur və furnitur.
Azərbaycan və Venesuelanın neft hasil və ixrac edən ölkələr olmasını nəzərə alaraq, bu sahədə əməkdaşlıq böyük potensiala malikdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti və Venesuela dövlət neft şirkəti arasında əldə edilmiş “SWAP” razılaşmasına əsasən ARDNŞ 2011-ci ildə Belarusa 5 milyon ton xam neft çatdırılmışdır.