Waving Flag of Mali (Animated Gif)

Mali Respublikası


Azərbaycan Respublikası və Mali Respublikası arasında ikitərəfli münasibətlər

 

1996-ci ilin 26 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi eyni zamanda Mali Respublikasında akkreditə olunub.

2017-ci ilin 4-6 may tarixlərində Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keyta  Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə səfər etmişdir. 5 may 2017 ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Mali Respublikasının Prezidenti cənab İbrahim Bubakar Keyta iştirak etmişdir.

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardim Agentliyi BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Mali ilə yanaşı, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Qvineya, Liviya, Mozambik və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti