Waving Flag of Libya (Animated Gif)

Liviya Dövləti 

 

Azərbaycan Respublikası və Liviya Dövləti arasında ikitərəfli münasibətlər

 

Azərbaycan-Liviya əlaqələri Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini əldə etməsi ilə yeni bir mərhələyə qədəm qoymuşdur. 30 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Liviya arasında diplomatik əlaqələr 16 mart 1992-ci il tarixində yaradılmışdır.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Liviya Dövlətinin Xarici İşlər naziri cənab Məhəmməd Tahir Siyalanı qəbul etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Liviya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri İbrahimli Fəzail Feyruz oğludur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Liviya Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 10 sənəd mövcuddur.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Liviya arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

43806.73

43806.73

-

2020

7.454.71      

7.454.44                

0.27

 

19 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Hökuməti arasında Müştərək Komissiya yaradılmışdır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti