Afrika
Qvineya-Bisau Respublikası
Azərbaycan Respublikası və Qvineya-Bisau Respublikası arasında ikitərəfli münasibətlər
27 avqust 1992-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcuddur.
18 iyun 2021-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici İşlər və icmalar naziri xanım Syuzi Karla Barbosa ilə görüşüb.