Waving Flag of Egypt (Animated Gif)

Misir Ərəb Respublikası

 

Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında ikitərəfli münasibətlər

 

Misir Ərəb Respublikası 26 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 27 mart 1992-ci il tarixində qurulmuşdur.

1993-cü ilin aprel ayından MƏR-in Bakıdakı Səfirliyi və 1994-cü ilin yanvar ayından isə Azərbaycan Respublikasının Qahirədəki Səfirliyi fəaliyyət göstərir.

2016-cı ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfər etmişdir.

24-26 oktyabr 2019-cu il tarixlərində Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

30 sentyabr 2016-cı il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misir Parlamentinin xarici əlaqələr komitəsinin sədri, keçmiş Xarici İşlər naziri cənab Məhəmməd Orabini qəbul etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 50 sənəd imzalanmışdır.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Məmmədov Ceyhun Valeh oğludur.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Misir arasında ticarət dövriyyəsinin (min ABŞ dolları)

İllər

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

2 479.9

91 528.0

94 007.9

2015

3 595.72

109.52

3705.24

2016

4 884.6

11 857.6

16 742.2

2017

6 564.6

1 482.9

8047.5

2018

7 035.63

318.17

7 353.80

2019

11 521,06

41 831,33

53 352,39

2020

7.167.60

624.88

7792.48

Mənbə: Dövlət Statistika Komitəsi

Müştərək Komissiya:

3 oktyabr 2002-ci il.tarixində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılmışdır.

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Misir ərəb Respublikasındakı Səfirliyi

Ünvan: Qahirə, Maadi Sarayat, küçə 10, Villa 16/24, 11431
Tel: (+202) 23583761; 23583783; 23583790
Fax: (+202) 23583725
E-poçt: 
embassy.azerbaijan.cairo@gmail.com

İnternet səhifəsi: www.cairo.mfa.gov.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti