Burundi Respublikası
Azərbaycan Respublikası və Burundi Respublikası arasında ikitərəfli münasibətlər
2 mart 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
22 aprel 2019-cu il tarixində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Hökuməti Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırmışdır.
23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Burundi Respublikasının xarici işlər naziri Ezekel Nibiqiranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
11 oktyabr 2021-ci il tarixində AR-in xarici işlər nazirinin müavini F.Rzayev Belqrad şəhərində keçirilmiş və Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı çərçivəsində Burundi Respublikasının BMT yanında daimi nümayəndəsi Zefirin Maniratanqa ilə görüşmüşdür.