Anqola Respublikası
Azərbaycan Respublikası və Anqola Respublikası Arasında ikitərəfli münasibətlər
1 dekabr 1994-cü il tarixində Azərbaycan Respublikası və Anqola Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Anqola Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında da akkreditə olunub. AR-in Cənubi Afrika Respublikasındakı Səfirliyi eyni zamanda Anqola Respublikasında akkreditə olunub.
16 may 2014-cü il tarixində AR-in xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Anqola Respublikasının Xarici Əlaqələr Nazirliyinin Beynəlxalq Münasibətlər üzrə dövlət katibi Manuel Dominquş Auquştonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 22800 ABŞ dolları təşkil etmişdir.