Əlcəzair Xalq Demokratik Respublikası
Azərbaycan Respublikası və Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılmışdır.
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli, 894 saylı sərəncam imzalamışdır.
2015-ci ilin yanvar ayında Əlcəzair Azərbaycanda diplomatik ofis açmışdır.
Müqavilə hüquq bazası
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında 4 sənəd imzalanmışdır.
Parlamentlərarası əlaqələr
Əlcəzair Parlamentində Əlcəzair- Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Kadik Mohameddir.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Əlcəzair arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
10 857.32 |
11 240.58 |
383.26 |
2017 |
1 004.1 |
987.4 |
16.7 |
2018 |
1 426.15 |
8.57 |
1 417.58 |
2019 |
2 072,24 |
347,67 |
1 724,57 |
2020 |
1385.89 |
9.26 |
1376.63 |
Diplomatik Nümayəndəlik
Ünvan: Əlcəzair şəhəri, Heydara rayonu, Əbu Nuvas küçəsi 29/bis
Tel: (+213) 23 47 41 99
(+213) 23 47 42 24
Fax: (+213) 23 47 42 04
E-poçt: algeriamission@gmail.com