Azərbaycan – Müstəqil Dövlətlər Birliyi münasibətləri

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.

Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.

Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.

Sergey Lebedev 5 oktyabr 2007-ci ildən etibarən MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib vəzifəsində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Lətif Qəndilovdur.

 

MDB Dövlət Başçıları Şurasının iclasları

16 sentyabr 2016-cı il tarixində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

11 oktyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

26 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmişdir.

28 sentyabr 2018-ci il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

6 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir.

11 oktyabr 2019-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

20 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir.

18 dekabr 2020-ci il tarixində MDB Dövlət Başçıları Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

 

MDB Hökumət Başçıları Şurasının iclasları

7 iyun 2016-cı il tarixində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

28 oktyabr 2016-cı il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

26 may 2017-ci il tarixində Kazan şəhərində (Rusiya Federasiyası) MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

3 noyabr 2017-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

1 iyun 2018-cı il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

2 noyabr 2018-ci il tarixində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

31 may 2019-cu il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

25 oktyabr 2019-cu il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

29 may 2020-ci il tarixində MDB Hökumət Başçıları Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

6 noyabr 2020-ci il tarixində MDB Hökumət Başçıları Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

28 may 2021-ci il tarixində MDB Hökumət Başçıları Şurasının Minsk şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

MDB Xarici İşlər Nazirləri Şurasının iclasları

8 aprel 2016-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

16 sentyabr 2016-cı il tarixində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

7 aprel 2017-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

10 oktyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Soçi şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

6 aprel 2018-ci il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

27 sentyabr 2018-ci il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseynin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

5 aprel 2019-cu il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

10 oktyabr 2019-cu il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

12 may 2020-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

10 dekabr 2020-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

2 aprel 2021-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının Moskva şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti