Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Azərbaycan - Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) münasibətləri
Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci ildə qoşulmuşdur. Azərbaycan Respublikasından AYİB-dəki rəhbər şəxs iqtisadiyyat naziri Mikayıl Cabbarov, alternativ rəhbər şəxs isə maliyyə naziri Samir Şərifovdur.
Bankla Azərbaycan arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi ilə tənzimlənir. Yeni Strategiyaya əsasən, aşağıdakı istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi AYİB üçün prioritetdir:
- Rəqabət qabiliyyətliliyə və yaxşı idarəçiliyə dəstək vasitəsilə iqtisadi şaxələndirmənin təşviqi;
- Maliyyə bazarlarının inkişaf etdirilməsi vasitəsilə dözümlülüyün artırılması;
- Yaşıl iqtisadiyyata keçidə və regional rabitəliliyə dəstək.
Azərbaycana yatırılmış investisiyalar: €3.108 mlrd. avro (177 layihə) təşkil edir.
AYİB-in yaratdığı Səhm İştirak Fondunda (Ümumi dəyəri €350 mln.) AR Dövlət Neft Fondu €100 mln. kapital qoyuluşu ilə iştirak edir.