Konsulluq Xidmətləri
Konsulluq Xidmətləri
Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi

Zəruri olan sənədlərin siyahısı:

Qanun üzrə vərəsəlik

                                                 

  • Miras qoyanın ölümü haqqında şəhadətnamə;
  • Miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd;
  • Vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən vеrilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  • Vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri;
  • Qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.);
  • Miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  • Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış.

 

 

Vəsiyyətnamə üzrə vərəsəlik

 

  • Miras qoyanın ölümü haqqında şəhadətnamə;
  • Miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında  arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd;
  • Vəsiyyətnamənin əsli (vəsiyyətnamə başqa notariat kontorunda təsdiq edildikdə və ya Dövlət notariat arxivinə təhvil verildikdə onun dəyişdirilmədiyi və ya ləğv edilmədiyi barədə həmin orqanlar tərəfindən qeyd aparılmaqla);
  • Vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri;
  • Qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.);
  • Miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
  • Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış.

 

İştirak etməli olan şəxslərin siyahısı:

 

  • Vərəsə və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi;
  • Qanuni nümayəndə;
  • Vərəsənin valideynləri və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi.

 

Dövlət rüsumunun məbləği: 100 ABŞ dolları

 

Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri dövlət rüsumu ödənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim olunduğu, habelə informasiya sistemlərindən əldə edildiyi gün aparılır.

 

 

Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti