Zəruri olan sənədlərin siyahısı:
- Valideynlərin ərizəsi
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər
- Valideynlərin nikah haqqında şəhadətnaməsi
- Valideynlərin doğum haqqında şəhadətnaməsi
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd
- Uşaq ölü doğulubsa onun ölü doğulması barədə həkimin verdiyi sənəd
- Uşaq ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə doğum və ölüm barədə həkimin verdiyi sənəd
- Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerinin və şəraitini göstərən sənəd
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Qeyd:
Qeyd edilən sənədlər müvafiq xarici ölkənin rəsmi qurumları tərəfindən rəsmiləşdirildiyi hallarda sənədlər müvafiq qaydada rəsmi sənədlərə verilən şəhadətnamə (apostil) ilə və ya leqallaşdırılmış şəkildə hər iki halda Azərbaycan dilinə tərcümə edilib, notarial qaydada təsdiqləndikdən sonra təqdim edilməlidir.
İştirak etməli olan şəxslərin siyahısı:
- Valideynlər və ya onlardan biri
- Valideynlər müəyyən səbəblərə görə (xəstələndikdə, uzun müddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağındoğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxsıər
- Doğumun qeydə alınması üçün nəzərdə tutulmuş müddət (1 ay) keçdikdə doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər.
Dövlət rüsumunun məbləği:
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Qeyd:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynlərinə xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.
Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz.