Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.
Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.
Zəruri olan sənədlərin siyahısı:
1. Soyad sonluğunu dəyişdirilməsi haqqında ərizə;
2. Müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd;
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında əvvəllər verilmiş şəhadətnamə.
4. Dövlət rüsumu: 20 (iyirmi) ABŞ dolları.
Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz.