Konsulluq Xidmətləri
Konsulluq Xidmətləri
Övladlığa götürmənin qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

  • Övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi;
  • Övladlığa götürənlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Övladlığa götürmə haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  • Övladlığa götürülmüş uşağın doğum haqqında şəhadətnaməsi.

 

Qeyd:

Qeyd edilən sənədlər müvafiq xarici ölkənin rəsmi qurumları tərəfindən rəsmiləşdirildiyi hallarda sənədlər müvafiq qaydada rəsmi sənədlərə verilən şəhadətnamə (apostil) ilə və ya leqallaşdırılmış şəkildə hər iki halda Azərbaycan dilinə tərcümə edilib, notarial qaydada təsdiqləndikdən sonra təqdim edilməlidir.

 

İştirak etməli olan şəxslərin siyahısı:

  • Övladlığa götürən-kişi və ya qadın;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

 

Dövlət rüsumunun məbləği:

Övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

 

Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti