Konsulluq Xidmətləri
Konsulluq Xidmətləri
Ümumvətəndaş pasportu

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən edilmiş qaydada verilir.

 

Əsasnamənin 3.16-cı bəndinə əsasən xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında (ümumvətəndaş pasportunun verilməsi üçün nəzərdə tutulmuş müddətlər sənədlər daxil olduğu andan hesablanır) fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

 

Tələb olunan sənədlər:

 

  • Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket:
  • Vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd;
  • 18-30 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli.
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə yuxarıda qeyd olunmuş sənədlərlə yanaşı:
    • Ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə ─ vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
    • 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə ─ doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış.

 

Dövlət rüsumu:

 

1.   Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi məqsədilə diplomatik nümayəndəlik və ya konsulluqlarında müraciət zamanı aşağıda qeyd olunan rüsumlar ödənilir:

 

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:

bir yaşınadək uşaqlar üçün

15 manat

bir yaşından üç yaşınadək uşaqlar üçün

25 manat

üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

35 manat

on səkkiz yaşına çatmış vətəndaşlara

60 manat

 

 

 

 

 

 

 

 

2. Ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə - 25 ABŞ dolları.

 

Qeyd:

  • Ümumvətəndaş pasportlarının təhvil alınması üçün diplomatik nümayəndəliklərə və konsulluqlara çatdırılması ödənilmiş dövlət rüsumundan asılı olmayaraq yalnız beynəlxalq diplomatik kuryer marşrutlarının qrafikinə uyğun olaraq həyata keçirilir.
  • Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
  • 18 yaşına çatmamış vətəndaşa pasport verilərkən valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı tələb olunur.
  • Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilir. Sorğuya baxılma nəticəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındıqda, ona Əsasnamə ilə müəyyən edilmiş qaydada ümumvətəndaş pasportu verilir.
  • Vətəndaş və ya onun qanuni nümayəndəsi etibarlılıq müddəti bitməmiş ümumvətəndaş pasportunun da dəyişdirilməsi üçün müraciət edə bilər.
  • Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
  • Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir.
  • Pasport oğurlandıqda, pasport sahibi və ya onun qanuni nümayəndəsi cinayətin baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış pasportun qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və bunun əsasında pasport sahibinin və ya onun qanuni nümayəndəsinin müraciəti ilə yeni pasportun verilməsi üçün əsas götürülür.
  • Azərbaycan Respublikasının vətəndaşının ümumvətəndaş pasportu yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya belə pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə ümumvətəndaş pasportu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.
  • Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti