Konsulluq Xidmətləri
Konsulluq Xidmətləri
Nikahın qeydə alınması

Zəruri olan sənədlərin siyahısı:

                                                 

  • Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri;
  • Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vətəndaşı olduğu və ya daimi yaşadığı ölkənin səlahiyyətli orqanlarından verilən ailə vəziyyəti haqqında arayış (qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır);
  • Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarış;
  • 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarı;
  • Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

Qeyd:

 

Qeyd edilən sənədlər müvafiq xarici ölkənin rəsmi qurumları tərəfindən rəsmiləşdirildiyi hallarda sənədlər müvafiq qaydada rəsmi sənədlərə verilən şəhadətnamə (apostil) ilə və ya leqallaşdırılmış şəkildə hər iki halda Azərbaycan dilinə tərcümə edilib, notarial qaydada təsdiqləndikdən sonra təqdim edilməlidir.

 

 

İştirak etməli olan şəxslərin siyahısı:

 

  • Nikaha daxil olmağı arzu edən şəxslər

 

Dövlət rüsumunun məbləği: 10 (on) ABŞ dolları

 

Nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.

 

 

Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz.

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti