news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 yanvar 2016

Xarici İşlər Nazirliyinin altılıq ölkələri və İran İslam Respublikası arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə dair bəyanatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran İslam Respublikası arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır. Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik.

Ümid edirik ki, razılaşmanın həyata keçirilməsi istiqamətində atılan addımlar region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı naminə regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.

Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti