No:336/18, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 2018-ci ilin yekunlarına dair müsahibəsi (AZ/RU)
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların cari il üzrə yekunları nədən ibarətdir? Münaqişənin həlli üzrə danışıqların, xüsusilə son zamanlar səsləndirilən ümidverici bəyanatlar fonunda, gələcək perspektivlərini necə görürsünüz? (Azərtac, Trend, Report, İnterfaks-Azərbaycan)
Öncə qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilmişdir. Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Münaqişənin həllinin hüquqi bazasına gəldikdə buraya ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, çoxsaylı digər beynəlxalq təşkilatların qərar və qətnamələri, o cümlədən, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamenti və digər sənədlər, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.
Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə Ermənistanlı həmkarım arasında keçirilmiş 3 görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində qəbul olunmuş ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunur ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırıldı. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi, münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.
Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaqdır. Münaqişənin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaqdır. Ölkəmiz digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır.
Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrində hansı mühüm uğurları qeyd edə bilərsiniz? (Azərtac)
2018-ci il beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və fəal təmsilçilik xəttini yürüdən ölkəmizin əldə etdiyi bir sıra nailiyyətlərlə yadda qalır. Bu sırada həm BMT, onun ixtisaslaşmış təşkilatları, həm də digər regional təşkilatları qeyd etmək olar. Belə ki, bu ilin 25 sentyabr – 1 oktyabr tarixlərində keçirilmiş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan bir sıra tədbirlər, edilən çıxışlar və keçirilən görüşlərdə Azərbaycanı narahat edən məsələlərlə bağlı, eləcə də beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı ölkəmizin mövqeyinə dəstək və anlayış nümayiş etdirildi. 17 dekabr tarixində BMT Baş Assambleyası Azərbaycanın təklif etdiyi və beynəlxalq ictimaiyyətin diqqətini beynəlxalq hüququn müddəalarına hörmət edilməsinə yönəldən və silahlı münaqişələr zamanı itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq edilməsini nəzərdə tutan “İtkin düşmüş şəxslərə dair” qətnamə qəbul edildi. Bu mühüm təşəbbüs bir daha Azərbaycanın xarici siyasətinin humanist xarakterini, onun beynəlxalq hüquq və ondan irəli gələn öhdəliklərə bağlılığını, eləcə də bu qaydalara BMT üzv ölkələri tərəfindən riayət edilməsinə nail olmaq qətiyyətini qabartmış oldu.
3-5 aprel tarixlərində Bakıda 117 ölkənin və 16 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Qoşulmama Hərəkatının üzv ölkələrinin Nazirlər Konfransı keçirildi. Tədbir nəticəsində qəbul edilmiş yekun sənəd və Bakı Bəyannaməsi Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə mövqeyinə birmənalı dəstək ifadə etdi.
Həmçinin bu ilin 12 dekabr tarixində Avropa Parlamentinin “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin həyata keçirilməsi” adlı qətnaməsinin qəbulunu vurğulamaq istərdim. Belə ki, bu qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini təsdiq etdi.
Bu ilin 1 iyul - 31 dekabr tarixlərində ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çox faydalı oldu, sədrliyimiz dövründə 4 nazirlər səviyyəsində görüş, 20-dən çox tematik işçi qruplarının iclasları keçirildi, təşəbbüsümüzlə müvafiq dəyərləndirmə sənədləri qəbul edildi.
İl ərazində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə artmaqda olan birmənalı dəstəyini xüsusilə vurğulamaq istərdim. Davamlı səylərimiz nəticəsində diplomatik leksikonumuzda beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadəsi daha geniş istifadə olunmağa başladı. Keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində qəbul olunmuş çoxsaylı sənəd və bəyanatlarda, o cümlədən Qoşulmama Hərəkatının nazirlər görüşünün yekun sənədində, NATO-nun zirvə görüşünün yekun bəyanatında, Avropa Parlamentinin sözügedən qətnaməsində, üçtərəfli formatlarda keçirilmiş görüşlərin birgə bəyannamələrində, eləcə də ikitərəfi əsasda qəbul edilmiş bir sıra birgə bəyanatlarda ölkəmizin suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək münaqişənin həlli ilə bağlı onsuz da mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Bu il ərzində, həmçinin ölkəmizin bir sıra beynəlxalq təşkilatların seçkili orqanlarına üzvlük müraciətləri də uğurlu olub. Misal üçün, 6 iyun tarixində Azərbaycan YUNESKO-nun qeyri-maddi mədəni irsi üzrə Komitəsinin üzvü seçilib, bir gün sonra isə Nyu-Yorkda BMT-nin qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə üzv olub, noyabr ayında Dubayda ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına 2019-2022-ci illər üzrə üzv seçilib, ölkəmizin nümayəndəsi, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə üzv seçilib.
Göründüyü kimi, 2018-ci il ərzində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində öz maraqlarını daha da irəli aparmaq səylərini davam etdirib.
Bu il Xəzəryanı ölkələr arasında Xəzər dənizinin statusu üzrə imzalanmış razılaşma yeni neft-qaz yataqlarının istismarı və TransXəzər qaz boru kəmərinin tikilməsi baxımından hansı perspektivləri açır? (Trend)
Bu ilin avqustunda "Xəzəryanı beşliy"in liderləri tərəfindən imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya dövlətlərarası əməkdaşlıq üçün yeni, müstəsna imkanlar açdı. Konvensiya tərəflərin Xəzər dənizindən və onun zəngin təbii ehtiyatlarından istifadəsi ilə bağlı hüquq və vəzifələrini tənzimləyir. Konvensiya Xəzər dənizinin delimitasiya parametrlərini müəyyənləşdirir.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması beş sahilyanı dövlətin xoş məramını bildirən əsl tarixi hadisə olmuşdur. Bu sənədin ölkəmiz üçün əsas əhəmiyyəti sahilyanı ölkələrin dənizin zəngin təbii sərvətlərindən istifadə edilməsi üzrə suveren və müstəsna hüquqlarının müəyyənləşdirilməsindən ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin, habelə dənizdəki digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin davamlılığını və təhlükəsizliyini təmin edir. Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayan naviqasiya azadlığı və təhlükəsizliyi təmin edilir.
Ümumiyyətlə, Konvensiya müddəalarının yerinə yetirilməsi orada göstərilən məqsədə nail olunmasını təmin edəcək - Xəzər dənizini sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirəcəkdir.
Tarixən Xəzər dənizində nəhəng layihələrin həyata keçirilməsində qabaqcıl olan Azərbaycan gələcəkdə də sahilyanı ölkələrlə əməkdaşlığı davam etdirməyi və genişləndirməyi planlaşdırır.
Uğurlu enerji siyasəti sayəsində Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edə, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, istehsalçı və tranzit dövləti olaraq nüfuz qazanmağa müvəffəq olmuşdur. Hal-hazırda Azərbaycanın təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur və enerji layihəsinin gerşəkləşdirilməsi davam etdirilir. Bu layihə Xəzər dənizindən təbii qazın Avropaya nəqli baxımından mühüm rol oynayır. Ölkəmiz enerji resurslarının dünya bazarlarına ötürüb-çatdırılması üzrə yüksək potensiala malikdir və biz həmişə Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə hazırıq.
Məlum olduğu kimi, gələn ildən etibarən Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu mühüm hadisə ölkəmizə nələr vəd edir? (Azərtac)
Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədini güdən ölkəmiz, bildiyiniz kimi 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Bu təşkilat öz sıralarında 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən ən böyük beynəlxalq qurumlardan biridir. Qoşulmama Hərəkatı keçmişin çox tanınmış dövlət rəhbərləri olan İosip Broz Tito, Cəvahirləl Neru, Fidel Kastro və digərlərinin iz qoyduğu kifayət qədər uzun tarixə malik olan bir qurumdur. Təqdirəlayiq bir haldır ki, çox qısa zaman ərzində ölkəmiz təşkilat çərçivəsində özünü tanıtmaqla yanaşı, Qoşulmama Hərəkatına 2019-2022-ci illər ərzində sədrlik etmək imkanına sahib oldu.
Məlum olduğu kimi, bu ilin aprel ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının üzv ölkələrinin Nazirlər görüşünün yekun sənədində Azərbaycanın bir sıra təşəbbüslərinə dəstək nümayiş etdirildi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulandı.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə 3 əsas prioritet üzərində qurulacaqdır və buraya Bandunq prinsiplərinin təşviqi, Hərəkat daxilində birliyin möhkəmləndirilməsi və Hərəkatın effektivliyinin artırılması daxildir.
Əminliklə qeyd edə bilərəm ki, Qoşulmama Hərəkatında sədrliyimiz ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından bizim üçün əlavə imkanlar yaradacaqdır. Təşkilatın üzvü olan 120 ölkə BMT üzv dövlətlərinin üçdə ikisini təşkil edir, bu isə istənilən qərarın qəbuluna təsir imkanı deməkdir. Hərəkata sədrliyimiz həmçinin, ölkəmizin irəli sürdüyü təşəbbüslərin reallaşdırılması baxımından müvafiq imkanlar yaratmış olacaq. Bu təşəbbüslərin həyata keçirilməsi isə öz növbəsində ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət edəcəkdir.
2019-cu ildə Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi də daxil olmaqla yeni strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mümkündürmü? Bu Azərbaycana hansı dividentləri gətirəcək? (İnterfaks-Azərbaycan)
Azərbaycan Avropa-İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Aİ ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından olduqca faydalı olub. Bu xüsusda, cari ilin 11 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, 15 oktyabr tarixində isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda mühüm mərhələni açacaq Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişi və onun üzərində aparılan danışıqları da qeyd etmək lazımdır. Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Aİ tərəfdaşlarımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı sahəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcəkdir. İnanırıq ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə də Aİ üzv ölkələrinə lazımdır.
Viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir. Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir. Yəni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir.
Azərbaycanın 2019-cu il üzrə xarici siyasət prioritetləri nədən ibarət olacaq? (Report)
Ölkəmiz cari ildə olduğu kimi, qarşıdan gələn il ərzində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında, ölkəmizin milli maraqlarına əsaslanan və milli mənafelərimizin beynəlxalq müstəvidə qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətimiz davam etdiriləcəkdir.
Bu gün Azərbaycan bölgədə böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq müstəvidə nüfuz sahibi olan dövlətdir. Bu gün etibarlı tərəfdaş kimi dəyərləndirilən ölkəmizin xarici siyasət nailiyyətləri, əlbəttə ki, onun qonşu ölkələr və dünyanın digər dövlətləri ilə tarazlaşdırılmış əlaqələr qurmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslanır.
2019-cu ildə xarici siyasət prioritetlərinə əlbəttə ki, ilk növbədə ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, bütün beynəlxalq aktorlar, o cümlədən dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi daxildir.
______
Интервью Министра иностранных дел Азербайджанской Республики Эльмара Мамедъярова по итогам 2018 г.
Каковы в этом году итоги идущих переговоров по урегулированию армяно-азербайджанского конфликта? Как Вам видятся их перспективы, особенно на фоне звучащих в последнее время обнадёживающих заявлений? (АзерТАдж, Тренд, Репорт, Интерфакс-Азербайджан)
Прежде всего хотел бы отметить, что позиция нашей страны относительно урегулирования армяно-азербайджанского нагорно-карабахского конфликта была неоднократно озвучена на самом высоком уровне в рамках всех международных платформ. Конфликт должен быть урегулирован на основе территориальной целостности и суверенитета Азербайджана в пределах его международно признанных границ. Обращаясь же к правовой базе урегулирования, необходимо напомнить, что её в первую очередь составляют принятые в 1993 г. 4 резолюции Совета Безопасности ООН, ответственного за обеспечение мира и безопасности во всём мире, многочисленные резолюции и решения прочих международных организаций (в том числе ОБСЕ, Организации Исламского Сотрудничества, Движения Неприсоединения, ГУАМ, НАТО, Европарламента и др.), а также совместные документы, принятые в двустороннем и многостороннем форматах.
К сожалению, ведшиеся на протяжении долгих лет переговоры не дали результата. Но последние события, происходящие в Армении, а также беседы, имевшие место между Президентом Азербайджанской Республики и Премьер-министром Республики Армения на полях саммитов СНГ в Душанбе и Санкт-Петербурге, равно как и 3 моих встречи с армянским коллегой дают основания на определённый оптимизм с точки зрения продвижения переговорного процесса. В совместном заявлении глав делегаций стран-сопредседателей Минской группы ОБСЕ и министров иностранных дел Азербайджана и Армении от 6 декабря с.г., принятом в рамках прошедшей в Милане Министерской встречи ОБСЕ, отмечено достижение согласия продолжить переговоры по справедливому и прочному урегулированию конфликта мирным путём. А это означает, что формат переговоров остаётся неизменным. В документе также отражён призыв к соблюдению договорённости, достигнутой в Душанбе на уровне руководителей двух государств, и совершению конкретных шагов с целью подготовки населения обеих стран к миру. Другой важный момент состоит в том, что в совместном заявлении отражена мысль о необходимости проведения в ближайшем будущем интенсивных нацеленных на результат переговоров на уровне руководства Азербайджана на Армении с целью поощрения справедливого и прочного урегулирования. Хотел бы указать, что этот подход всецело поддерживается сопредседателями Минской группы ОБСЕ.
В целом, хотел бы отметить, что после состоявшихся в декабре этого года выборов, нынешнее руководство Армении должно продемонстрировать политическую волю в направлении урегулирования конфликта и в соответствии с философией добрососедства приложить усилия во имя достижения мира, стабильности и устойчивого развития в регионе.
Надеемся, в наступающем 2019 году будут достигнуты определённые подвижки с точки зрения вывода вооружённых сил Армении с оккупированных территорий Азербайджана и нормализации отношений между двумя странами. Продвижение в урегулировании конфликта, создав условия для мира, безопасности и стабильности во всём регионе, в первую очередь откроет возможности экономического роста в самой Армении. Наша страна, аналогично тому как она обеспечивает безопасность своих граждан-представителей прочих этнических групп, готова в соответствии со своими международными обязательствами сделать это и в отношении граждан армянского происхождения в Нагорном Карабахе и предоставить им право самоуправления на высоком уровне в рамках международно признанных границ Азербайджанской Республики.
Азербайджанская община Нагорно-Карабахского региона нашей страны готова вернуться к родным очагам, и этот аспект был вновь озвучен в недавно выпущенном заявлении Общины. Если помните, некоторое время тому назад существовали контакты между азербайджанской и армянской общинами Нагорно-Карабахского региона, но, к сожалению, в результате действий прежнего руководства Армении эти контакты были прерваны. Знаете, невозможно взять земли и переехать с ними в иное место. После урегулирования конфликта, конечно же, эти две общины должны будут жить вместе. Именно поэтому важно восстановление контактов между азербайджанской и армянской общинами Нагорного Карабаха и поощрение этих контактов.
Какие значимые успехи Азербайджана в связях с международными организациямиВы можете отметить? (АзерТАдж)
2018 год запомнился рядом достижений нашей страны, продолжающей свою линию на активное представительство и сотрудничество в рамках международных организаций. В этом ряду можно отметить и ООН, и структуры, входящие в её систему, и различные региональные организации. Так, 25 сентября – 1 октября в рамках 73-й сессии Генеральной Ассамблеи ООН состоялся ряд мероприятий, выступлений и важных встреч, в ходе которых позиция нашей страны по проблемам, волнующим Азербайджан, и актуальным вопросам международной повестки дня встретила широкое понимание и поддержку. 17 декабря Генеральная Ассамблея ООН приняла предложенную Азербайджаном резолюцию «Пропавшие без вести лица», акцентирующую внимание международного сообщества на необходимости уважения и соблюдения положений международного гуманитарного права, предотвращения случаев пропажи без вести лиц в условиях вооружённых конфликтов, принятия всех необходимых мер по поиску пропавших без вести лиц, в том числе сотрудничества для установления судьбы пропавших без вести лиц в соответствии с международными обязательствами. Эта важная инициатива вновь подчеркнула гуманистический характер внешней политики Азербайджана, его приверженность международному праву и проистекающим из него обязательствам, равно как и решимость добиваться соблюдения этих правил со стороны государств-членов ООН.
3-5 апреля в Баку была проведена Конференция министров стран-членов Движения Неприсоединения, в которой приняли участие представители 117 государств и 16 международных организаций. Принятые по её результатам Итоговый документ и Бакинская декларация отразили консолидированную поддержку позиции Азербайджана по мирному урегулированию армяно-азербайджанского нагорно-карабахского конфликта.
Также хотел бы подчеркнуть принятую 12 декабря Европарламентом резолюцию «О реализации общей внешней политики ЕС в области внешней политики и безопасности». Эта резолюция подтвердила урегулирование существующих конфликтов на основе принципов территориальной целостности, суверенитета и неприкосновенности международно признанных границ.
Очень активным было и председательство нашей страны в Организации Черноморского Экономического Сотрудничества с 1 июля по 31 декабря, в его период проведено 4 встречи на уровне министров, более 20 заседаний тематических рабочих групп, по нашей инициативе приняты соответствующие документы, оценивающие прогресс, достигнутый по различным направлениям.
Особо хотел бы выделить растущую однозначную поддержку со стороны международного сообщества относительно разрешения армяно-азербайджанского нагорно-карабахского конфликта. В результате наших последовательных усилий в дипломатическом лексиконе шире стала использоваться формулировка «поддержка территориальной целостности в рамках международно признанных границ». Многочисленные документы и заявления, принятые по результатам проведённых двусторонних и многосторонних встреч, в том числе итоговый документ встречи министров Движения Неприсоединения, итоговая декларация саммита НАТО, вышеотмеченная резолюция Европарламента, совместные заявления встреч, проведённых в различных трёхсторонних форматах, а также ряд заявлений, принятых на двусторонней основе, выразив поддержку суверенитету и территориальной целостности нашей страны в рамках международно признанных границ, послужили ещё большему укреплению и без того существующей широкой правовой базы по урегулированию конфликта.
В течение года были успешны и наши заявки на членство в выборных органах ряда международных организаций. Например, 6 июня в Париже Азербайджан был избран в Комитет ЮНЕСКО по охране нематериального культурного наследия, а днём позже в Нью-Йорке – в Комитет ООН по ликвидации дискриминации в отношении женщин, в ноябре в Дубаи наша страна была избрана в состав Совета Международного союза электросвязи на период 2019-2022 годов, представитель Азербайджана стал также членом Радиорегламентационного комитета МЭС и т.д.
Таким образом, в 2018 г. Азербайджан продолжил продвигать свои интересы в рамках различных международных организаций.
Какие перспективы с точки зрения разработки новых нефтегазовых месторождений и прокладки транскаспийского газопровода открывает подписанное в этом году прикаспийскими странами соглашение по правовому статусу Каспийского моря? (Тренд)
Подписанная в августе этого года лидерами «прикаспийской пятерки» Конвенция о правовом статусе Каспийского моря открыла новые, уникальные возможности для сотрудничества государств. Конвенция регулирует права и обязательства сторон в отношении использования Каспийского моря и его богатых природных ресурсов. Она определяет параметры делимитации Каспийского моря.
Подписание Конвенции о правовом статусе Каспийского моря явилось поистине историческим событием, ознаменовавшим добрую волю пяти прибрежных государств. Главное значение этого документа для нашей страны состоит в том, что он определяет суверенные и исключительные права прибрежных государств на использование богатых природных ресурсов моря. Таким образом, Конвенция обеспечивает последовательность и безопасность реализации различных проектов в области нефтегазовой промышленности, а также осуществления иной хозяйственно-экономической деятельности на море. Она создаёт условия для свободы и безопасности мореплавания, что играет важную роль с точки зрения развития торговли на Каспийском море и экономики наших стран.
В целом же реализация положений Конвенции обеспечит достижение заявленной в ней цели – превращения Каспийского моря в зону мира, добрососедства, дружбы и сотрудничества.
Азербайджан как страна, исторически являющаяся пионером в реализации крупных проектов на Каспии, планирует и дальше осуществлять и расширять здесь сотрудничество с прибрежными государствами.
Благодаря успешной энергетической политике, Азербайджан сумел гарантировать свою экономическую безопасность, а также завоевать авторитет надёжного партнера, производителя и транзитного государства, внося свой вклад в энергетическую безопасность Европы. В настоящее время по инициативе и с участием Азербайджана продолжается строительство крупнейшего инфраструктурного и энергетического проекта Южный Газовый Коридор. Этот проект обладает большой значимостью роль с точки зрения транспортировки природного газа из региона Каспийского моря в Европу, и мы всегда готовы предоставить свои возможности соседним, дружественным странам желающим воспользоваться транзитными путями через территорию Азербайджана.
Как известно, со следующего года Азербайджан на протяжении трёх лет будет председательствовать в Движении Неприсоединения. Что может принести нашей стране это важное событие? (АзерТАдж)
Реализуя свой последовательный курс на развитие международного сотрудничества, Азербайджан, как вы знаете, в 2011 году вступил в ряды Движения Неприсоединения. Это – одна из самых крупных международных структур, включающая 120 государств-членов, 17 стран-наблюдателей и 10 международных организаций, обладающих тем же статусом. Движение Неприсоединения имеет свою уже довольно долгую историю, к которой оставили след такие известные государственные лидеры прошлого как Иосип Броз Тито, Джавахарлал Неру, Фидель Кастро и многие другие. Примечательно, что за весьма короткое время наша страна смогла ярко продемонстрировать свои возможности и быть удостоенной чести возглавить Движение Неприсоединения на период 2019-2022 годов.
Как известно, в итоговом документе состоявшейся в апреле в Баку Конференции министров стран-участниц Движения Неприсоединения была выражена поддержка целому ряду наших внешнеполитических инициатив, а также подчёркнута необходимость урегулирования армяно-азербайджанского нагорно-карабахского конфликта в рамках территориальной целостности, суверенитета и международно признанных границ Азербайджана в соответствии с 4 резолюциями Совета Безопасности ООН.
Председательство Азербайджана в Движении Неприсоединения в целях дальнейшего повышения международного авторитета этой структуры будет строиться на 3 приоритетах, к которым относятся продвижение Бандунгских принципов, укрепление единства внутри организации и повышение эффективности Движения.
С уверенностью могу отметить, что председательство нашей страны в Движении Неприсоединения даст дополнительные возможности для донесения нашей позиции на мировом уровне. 120 членов организации составляют две трети государств-членов ООН, что создаёт возможности оказывать воздействие на принятие тех или иных решений. Вместе с тем, председательство в Движении может явиться удобным форматом для продвижения новых инициатив, выдвигаемых нашей страной. А их реализация, в свою очередь, станет залогом ещё большего повышения политического авторитета Азербайджана в мире.
Возможно ли подписание в 2019 году между Азербайджаном и ЕС соглашения о стратегическом партнёрстве, включающего и упрощение визового режима? Какие дивиденды это принесёт Азербайджану? (Интерфакс-Азербайджан)
Азербайджан желает развивать равноправные и взаимовыгодные партнёрские отношения с Европейским Союзом. Последний год нашего партнёрства был весьма результативным с точки зрения продвижения повестки дня сотрудничества с ЕС. В этой связи я хотел бы подчеркнуть документ о приоритетах партнёрства между Азербайджаном и ЕС, парафированный с участием Президента Азербайджанской Республики Ильхама Алиева и Председателя Совета Евросоюза Дональда Туска в Брюсселе 11 июля и окончательно оформленный в качестве принятого 15 октября в рамках встречи министров стран «Восточного партнёрства» в Люксембурге.
Следует отметить и новое всеобъемлющее соглашение между ЕС и Азербайджаном, которое откроет важный этап в нашем двустороннем сотрудничестве, и переговоры, ведущиеся по его поводу. Переговорный процесс всё ещё продолжается. Естественно, на это необходимо определённое время, потому что и нам, и нашим партнёрам из ЕС необходимо серьёзное, качественное соглашение. Это соглашение заложит правовые основы двусторонних отношений и укрепит обоюдное партнёрство между Азербайджаном и ЕС по различным направлениям на долгое время. Полагаем, оно будет стратегическим документом, основанным на равноправном партнёрстве и общих интересах. Причём, данное соглашение нужно не только нам, но и странам-членам ЕС.
Относительно же соглашения об упрощении визового режима, хотелось бы напомнить, что оно действует уже несколько лет. Его логическим продолжением является полная отмена визового режима с ЕС. То есть речь идёт о либерализации визового режима. Но это требует некоторого времени.
В чём будут заключаться внешнеполитические приоритеты Азербайджана в 2019 году? (Репорт)
Как и в истекающем году, в году наступающем наша страна под руководством Президента Азербайджанской Республики Ильхама Алиева будет проводить независимую, многогранную, сбалансированную и активную внешнюю политику, основанную национальных интересах и отстаивании её позиций на мировой арене.
Сегодня Азербайджан является государством, которое в качестве инициатора и участника крупных проектов развивает региональное сотрудничество и обладает авторитетом в международном плане. Внешнеполитические достижения нашей страны, ныне воспринимаемой как надёжный партнёр, конечно, основаны на способности выстроить сбалансированные отношения с соседними странами и другими государствами мира, реализации исходящего из взаимных интересов равноправного диалога и отношений сотрудничества.
К внешнеполитическим приоритетам в 2019 году, безусловно, относятся, в первую очередь, укрепление суверенитета и независимости нашей страны, устранение последствий военной агрессии Армении против Азербайджана и восстановление нашей территориальной целостности в рамках международно признанных границ, а также продолжение реализации крупномасштабных проектов, в которых Азербайджан выступает инициатором и участником, дальнейшее развитие взаимовыгодного сотрудничества со всеми международными акторами, включая государства, их объединения и международные организации.