news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 avqust 2019

No:230/19, Gürcüstanın Abxaziya bölgəsində 25 avqust 2019-cu il tarixində keçirilmiş qondarma “prezident seçkiləri”nə münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti