No:224/17, Xarici işlər naziri Elmar Məmmədyarovun AZƏRTAC-a müsahibəsi (AZ/RU)
- ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoaqlandın açıqlaması Ermənistanın siyasi rəhbərliyində ciddi təşvişə və narahatlığa səbəb olub. Müxtəlif səviyyələrdə ziddiyyətli və biri digərini inkar edən bəyanatlar verilir. Ermənistan rəsmiləri bu prinsiplərin yeni olmadığını bildirir. Ümumiyyətlə, R.Hoaqlandın açıqlaması və danışıqlar prosesi barədə nə deyərdiniz?
- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının Akvil, Muskoka və Los-Kabos bəyanatlarında Helsinki Yekun Aktı əsasında münaqişənin mərhələli həllinin əsas elementləri öz əksini tapıb. Bu elementlər də yenilənmiş Madrid prinsiplərinin fundamental əsasını təşkil edir. ABŞ-dan olan həmsədr Riçard Hoaqland tərəfindən də bu prinsiplər bir daha vurğulandı. Biri digərini tamamlayan bu prinsiplərin ardıcıllığında ilkin addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır. İşğal faktının aradan qaldırılması ilə məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini də yerinə yetirmir.
Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, onda artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır. Münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədr ölkələrin dövlət başçıları səviyyəsində qəbuledilməz hesab olunan status-kvonun dəyişdirilməsi, münaqişənin tezliklə həlli və regionda davamlı sülhün təmin olunması üçün ciddi danışıqlara hazırdır.
Mənbə:AZƏRTAC
-----
Интервью министра иностранных дел Азербайджана Эльмара Мамедъярова в АЗЕРТАДЖ:
- Заявление сопредседателя Минской группы ОБСЕ от США Ричарда Хогланда вызвало серьезную обеспокоенность и панику в политическом руководстве Армении. На различных уровнях даются противоречивые заявления. Официальные лица Армении отмечают, что эти принципы не являются новыми. В целом, что вы можете сказать о заявлении Р.Хогланда и переговорном процессе?
-В Аквиллском, Мускокском и Лос-Кабосском заявлениях глав государств-сопредседателей Минской группы ОБСЕ отражены основные элементы поэтапного урегулирования конфликта на основе Хельсинского заключительного акта. И эти элементы составляют фундаментальную основу обновленных Мадридских принципов. Эти принципы еще раз были подчеркнуты сопредседателем от США Ричардом Хогландом. Первым шагом при последовательной реализации этих взаимодополняющих принципов является вывод армянских войск с оккупированных территорий, прилегающих к Нагорно-Карабахскому региону Азербайджана. Устранив факт оккупации, необходимо осуществить возвращение вынужденных переселенцев на родные земли и принять надлежащие меры безопасности. Следует также отметить, что Армения не выполняет и требования соответствующих резолюций Совета Безопасности ООН, принятых в связи с конфликтом.
Если армянская сторона признает, что эти принципы не новые и она принимает их, тогда уже необходимо начать субстантивные переговоры с целью обсуждения деталей. Армянский народ сможет воспользоваться возможностями сотрудничества, которые могут появиться в связи с урегулированием конфликта.
Азербайджанская сторона неоднократно заявляла, что готова к серьезным переговорам по изменению статус-кво, признанного неприемлемым на уровне глав государств-сопредседателей, скорейшему урегулированию конфликта и обеспечению устойчивого мира в регионе.
Источник:АЗЕРТАДЖ