No:182/18, Xarici işlər naziri Elmar Məmmədyarovun Aktauda keçirilmiş Xəzəryanı dəvlətlərin V Zirvə toplantısının nəticələrinə dair bir sıra informasiya agentiklərinə verdiyi müsahibə (Az/Rus)
Xarici işlər naziri Elmar Məmmədyarovun Aktauda keçirilmiş Xəzəryanı dəvlətlərin V Zirvə toplantısının nəticələrinə dair bir sıra informasiya agentiklərinə verdiyi müsahibə
Qazaxıstanın Aktau şəhərində Xəzər dənizi üzrə V Zirvə toplantısının nəticələri barədə nə deyərdiniz?
12 avqust 2018-ci ildə Aktauda keçirilmiş V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün tarixi hadisə və mühüm əhəmiyyətli nailiyyətdir. Bu bir daha onu nümayiş etdirir ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanaqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər. Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Sənədin əsasını beynəlxaq hüququn ümum qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir.
Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün vacibdir.
Xəzəryanı dövlətlər həmçinin, bu konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyəti nümayiş etdirdilər. Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair konvensiya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar.
Konvensiyanın razılaşdırılması prosesi üzv dövlətlər tərəfindən davamlı səylər tələb etmişdir. Bu haqda fikirlərinizi öyrənmək istərdik.
Etiraf etməliyik ki, konvensiya razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçmişdir. 2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iki günlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, konvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu. Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçmişdi.
Amma, xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı halda, danışıqlar müsbət nəticə verir. Bütün bu müzakirələrin yekunu olaraq, Xəzəryanı dövlətlərin Aktauda keçirilmiş zirvə toplantısında konvensiya imzalanmaq üçün prezidentlərə təqdim olundu və biz bu nailiyyətə imza atdıq.
Bundan sonrakı addımlar nədən ibarət olacaqdır?
Ölkədaxili prosedurlara uyğun olaraq konvensiya üzv dövlətlərin ratifikasiyasına təqdim olunacaqdır. Biz ümid edirik ki, konvensiyanın ratifikasiyası tezliklə başa çatacaqdır. Ratifikasiya prosesinin başa çatması və konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanaqlı inkişafı üçün daha da geniş imkanlar açacaqdır. Konvensiyada və Aktau zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikədə yeni vəzifələr və tapşırıqlar müəyyən olunmuşdur. Bütün Xəzər regionunun və xalqlarımızın gələcək mənafeyi naminə xoş niyyətə, dostluğa və əməkdaşlığa əsaslanan intensiv işimiz bundan sonra da davam etdiriləcəkdir.
***
Интервью Министра иностранных дел Эльмара Мамедъярова по итогам V саммита глав прикаспийских государств, данное ряду информационных агентств
Что бы Вы могли сказать об итогах V Каспийского саммита в Актау?
Подписание на прошедшем 12 августа 2018 года в городе Актау V Каспийском саммите Конвенции о правовом статусе Каспийского моря является историческим событием и важным достижением для пяти его прибрежных государств. Оно ещё раз продемонстрировало, что прикаспийские государства обладают твёрдой решимостью подтвердить атмосферу устойчивого мира и сотрудничества в Каспийском бассейне и прилегающих регионах. Конвенция определяет правовые рамки межгосударственных отношений и поведения в Каспийском море. В основе этого документа лежат общепринятые принципы международного права, в особенности такие ключевые как уважение территориальной целостности и суверенитета государств.
Вместе с определением правового режима и применяемых терминов, конвенция описывает ясные, прозрачные и предсказуемое нормы приемлемого поведения в контексте деятельности всех прикаспийских государств. Эти отношения, основанные на взаимном доверии и сотрудничестве между прикаспийскими государствами, необходимы для них самих, а также их партнёров.
В процессе разработки конвенции прикаспийские государства также продемонстрировали такие элементы высокой политической культуры как уникальная региональная идентичность, ответственность и способность быть хозяевами своей судьбы. Прикаспийские государства, не дав возможности для какого-нибудь вмешательства извне, путём совместных усилий добились важных достижений, в том числе подписания Конвенции о правовом статусе Каспийского моря.
Процесс согласования Конвенции потребовал продолжительных усилий со стороны государств-членов. Мы хотели бы услышать Ваше мнение по этому поводу.
Следует признать, что заключительный этап согласования конвенции прошёл путь далеко непростых обсуждений. Двухдневная встреча министров иностранных дел прикаспийских государств, проведённая в декабре 2017 года в Москве, носила очень интенсивный характер, а по её итогам, наконец, был достигнут основной прогресс в согласовании конвенции. По целому ряду положений были проведены очень серьёзные дискуссии.
Но при доброй воле и взаимном доверии переговоры дают положительные результаты. По итогам всех этих обсуждений конвенция была представлена президентам для подписания на саммите прикаспийских государств в Актау, и мы смогли осуществить это.
Какими будут следующие шаги?
В соответствии с внутрегосударственными процедурами, конвенция будет представлена для ратификации государствами-членами. Мы надеемся, что ратификация конвенции вскоре будет завершена. Завершение процесса ратификации и практическое осуществление положений конвенции откроют ещё более широкие возможности для устойчивого развития региона. В конвенции и принятом главами государств на саммите в Актау коммюнике были определены новые задачи и даны соответствующие поручения. Интенсивная работа, основанная на доброй воле, дружбе и сотрудничестве во благо всего Каспийского региона и наших народов, будет продолжена и дальнейшем.