Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İKT Xarici İşlər Nazirlərinin XXXII Konfransında çıxışı
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İKT Xarici İşlər Nazirlərinin XXXII Konfransında çıxışı
Səna, 28-30 iyun 2005-ci il
Əlahəzrətlər,
Hörmətli qardaşlar!
İKT-yə üzv olan dövlətlərin nümayəndə heyətlərini salamlayaraq Konfrans zamanı Sizə uğurlu müzakirələr arzulamaq istərdim. Xüsusilə, qardaş Yəmən Respublikasının hökumətinə səmimi qonaqpərvərlik və görüşün yüksək təşkilinə görə minnətdarlığımı bildirmək istərdim.
Hörmətli Sədr!
İKT Xarici İşlər Nazirlərinin XXII Konfransının sədrliyini qəbul etməyiniz münasibəti ilə Sizi təbrik edir və bu Konfransın məqsədlərinə nail olmaq yolunda Sizə uğurlar arzulayıram. Həmçinin, Konfransa bacarıqlı və məharətli rəhbərliyə görə Sədrlik səlahiyyətlərini təhvil verən Nazir Gülə təşəkkür etmək və İKT-nin Baş Katibi qismində Professor İkmaləddin Ehsanoğlunun son vaxtlarda əldə etdiyi nailiyyətlərinə görə dərin ehtiramımı bildirmək istərdim.
Azərbaycanla İKT-yə üzv olan dövlətlər arasında nəzərə çarpan irəliləyiş müxtəlif səviyyələrdə özünü göstərmişdir. Qardaş müsəlman ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində biz öz iradəmizi nümayiş etdirərək, həmçinin üzv dövlətlərin qarşılaşdıqları problemlərin həllində aktiv iştirak etmişik. Davam etməkdə olan qloballaşma prosesinin müsəlman dünyasının xeyrinə istiqamətləndirməkdə müxtəlif qitələrdən olan 57 dövlətin maraqlarını ifadə edən ən böyük qeyri-regional təşkilat olan İKT çərçivəsində əməkdaşlığı genişləndirmək bizə kömək ola bilər.
Növbəti addım olaraq, Azərbaycan İKT Baş Katibliyinə 2006-cı ildə İKT Xarici İşlər Nazirlərinin XXII Konfransının Bakıda qəbul etməsinə dair hazır olduğunu bildirmişdir. Ümid edirəm ki, Siz Azərbaycanın bu təklifini müsbət nəzərdən keçirəcəksiniz.
Hörmətli dostlar!
Orta Şərqdəki vəziyyət bizim üçün narahatlıq doğurmaqdadır. Bizim Fələstinli qardaş və bacılarımıza təmkin və praqmatizm göstərmələri üçün müraciət edirik. Azərbaycan Dördlüyün səylərini dəstəkləyərək bütün tərəflərin Yol Xəritəsi Planının həyata keçirilməsini davam etməyə həvəsləndiririk. Ümid edirik ki, tərəflər tezliklə suveren və müstəqil Fələstin dövlətinin yaradılması və İsrail dövləti və qonşuları ilə yanaşı yaşamağa nail olmaq məqsədilə regionun bütün problemlərinin həlli prosesində konstruktiv iştirakı davam etdirəcəklər.
Azərbaycan İraq dövlətinin ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinə sadiqdir. Biz, üzümüzə gələn seçkilərdə baş verəcək İraq xalqının azad iradəsi əsasında ölkədə sülhün və demokratiyanın yaradılmasına yönəlmiş beynəlxalq birliyin səylərinə qoşulmaqda davam edəcəyik. Birləşmiş Millətlərə İraqın reabilitasiyasında lazımi rol ayrılmalıdır.
Bizim gündəlikdə Cammu və Kaşmir kimi uzun müddət ədalətli həllini özləməkdə olan digər mühüm əsələdə vardır. Biz, Pakistan Hökuməti tərəfindən son vaxtlar Hindistanla ikitərəfli və çoxtərəfli çərçivədə irəli sürülən təşəbbüsləri dəstəkləyirik. Belə birgə səylərin davam etdirilməsinə aydın ehtiyac vardır ki, bu da yekun olaraq BMT qətnamələri əsasında Kaşmir probleminin uzunmüddətli həllinə gətirib çıxaracaqdır.
Azərbaycan təəssüf edir ki, BMT Baş Katibi Kofi Annanın Kipr planı Yunan kiprliləri tərəfindən qəbul edilmədi. Biz beynəlxalq birliyin bu əsələyə dair, xüsusən Kiprin türk icmasının ehtiyaclarına müvafiq diqqətinin olmamağından narahatlıq keçiririk. Azərbaycan BMT tərəfindən bu məsələnin lazımi nəzərdən keçirəcəyini gözləyərək bu məsələdə irəliləyişlərin olacağına, həmçinin Aİ dəstək proqramlarının adanın Türk icmasını da əhatə edəcəyinə ümid edir. Son vaxtlar Kiprin hər iki tərəfində baş verən hadisələr optimizm üçün müəyyən əsas yaradır. Azərbaycan Türkiyənin bu məsələnin hərtərəfli həllinə yönəlmiş səylərini dəstəkləyir.
Bizim Əfqanıstanda mövcud təhlükəsizlik şəraitindən narahatlığımız qalmaqdadır və biz Əfqanıstan Hökumətinə ölkədə sabitliyin bərpa edilməsi stiqamətindəki səylərini dəstəkləməkdə davam edəcəyik. Biz Əfqan partiyalarını güc işlətməyə son qoymaq və öz maraqlarını danışıqlar və milli barışıq yolu ilə təmin etməyə çağırırıq.
Azərbaycan Somalinin vahidliyi, suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sadiqliyini bir daha qeyd edir və Somali hakimiyyətinin ölkədə sülh və inkişafın əldə edilməsi səylərini dəstəkləyir.
İcazə verin, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş işğalının nəticələrinin aradan qaldırılmasında və işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon üzərində Azərbaycanın suverenliyinin bərpa edilməsi səylərinə davam edən dəstəyə görə İslam Ümmətinə səmimi təşəkkürümü bildirim. Bu məsələyə dair bu gün qəbul etdiyimiz qətnamələr münaqişənin həlli prosesi üçün xüsusi siyasi əhəmiyyəti olaraq İKT-nin prinsipial mövqeyini vurğulayır.
BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin baxılmasına dair təşəbbüsümüzə açıq dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istərdim. Həmin vaxt danışıqların kritik məqamı olaraq, məsələnin təcili baxılması həm sülh danışıqları prosesini yubandıran və davam etdiyi halda humanitar fəlakətə gətirib çıxara bilən bu problemə beynəlxalq diqqətin cəlb edilməsi, həm də Azərbaycanın işğal edilmiş ərazilərinə ATƏT-in fakt araşdıran missiyasının göndərilməsində mühüm rol oynamışdır. Missiyanın nəticələri Azərbaycanın narahatlığının əsaslı olduğunu sübut edərək münaqişənin sülh yolu ilə həlli istiqamətində maneələri aradan qaldırmağa yardım edəcəkdir. Buna baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət əlavə diqqəti tələb edir. Bu baxımdan, bu məsələnin İKT, ATƏT və BMT-də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlarda baxılması istiqamətində səylərimizi davam etdirəcəyik.
Praqa prosesi çərçivəsində Xarici İşlər nazirləri səviyyəsində aparılan danışıqlara gəldikdə isə Sizə deyə bilərəm ki, bu görüşlərdə təxmin olunan nizamlanmanın əsas müddəalarını, o cümlədən yerli azərbaycanlı əhalinin işğaldan azad edilmiş ərazilərə ləyaqətlə və təhlükəsiz şəraitində geri qayıtması, nəqliyyat və digər kommunikasiya xətlərinin bərpa edilməsi, Ermənistanla Azərbaycan arasında normal dövlətlərarası münasibətlərin yaradılması və münaqişə ilə bağlı siyasi məsələlərin tədrici həllini müzakirə edirik. Səmimiyyətlə ümid edirəm ki, İKT-nin bu prinsipial məsələdə Azərbaycana davam edən diqqəti və dəstəyi Ermənistanla danışıqlarımızın aparıldığı müddətdə tam şəkildə özünü büruzə verəcəkdir.
Cənab Sədr!
BMT-nin islahatına gəldikdə, Azərbaycan BMT mexanizmlərini çoxtərəfli əməkdaşlıq sisteminin hazırda rastlaşdığı kritik məsələlərin effektiv həll edilməsi üçün uyğunlaşdırılmasının zəruriliyini hiss edir. Biz kollektiv cavab mexanizmlərini gücləndirməli, BMT Təhlükəsizlik Şurasının geniş BMT üzvlük ehtiyaclarına uyğunlaşdırmalı və beynəlxalq birliyin bu universal təşkilata etibarını bərpa etməliyik.
Azərbaycan belə hesab edir ki, Təhlükəsizlik Şurasının islahatı çoxtərəfli proses olaraq üzvlərinin artırılması, effektivliyinin çoxaldılması və iş metodlarının yaxşılaşdırılması kimi vacib məsələləri əhatə etməlidir. İKT Baş Katibi Professor İkmaləddin Ehsanoğlunun Təhlükəsizlik Şurasının islahatı imkanından istifadə edərək müsəlman dünyasına Şuranın genişlənmiş tərkibində yer verilməsi müraciəti çox maraqlıdır. Azərbaycan müsəlman dünyasının İslam sivilizasiyasını dini deyil, Ümmətin əhəmiyyətli demoqrafik və siyasi əsaslarla təmsil edilməsinə dair real imkanın əldə edilməsi yanaşmasını dəstəkləyir. İKT-nin üzv ölkələr, xüsusilə müsəlman dövlətlərinin gənclər təşkilatları arasında qeyri-rəsmi əlaqələrin güclənməsi səylərinə Azərbaycan hər zaman dəstək vermişdir. İnanıram ki, İslam Konfransının Gənclər Təşəbbüsü vasitəsilə gənclər təşkilatlarının əməkdaşlığı İKT-nin gündəliyində duran əsas məsələləri irəliyə aparmaq istiqamətində daha böyük rol oynaya bilər. Ümid edirəm ki, bu gün İKT yanında Gənclər Forumuna filial statusunun verilməsi bizim gənc nəsil nümayəndələri arasında dini və mədəni anlaşmanı, harmoniya və əməkdaşlığı gücləndirəcək, eləcədə İKT-ni İslam dəyərlərinin yayılmasında məqsədli və bilikli potensialla təmin edəcəkdir.
Təşəkkür edirəm.