Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Azərbaycan - Asiya İnkişaf Bankı (AİB) münasibətləri

Azərbaycan 1999-cu ildən etibarən AİB-nin üzvüdür. Azərbaycanın AİB-in səhmlərində payı 0.447%-dir. Azərbaycanın AİB-in Rəhbərlər Şurasında rəhbəri AR maliyyə naziri Samir Şərifov, alternativ rəhbəri isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. AİB-in Azərbaycanda Rezident Missiyası 2004-cü ildə açılmışdır. Rezident Missiyanın rəhbəri Kendis Makdeyqandır.

 

1999-cu ildən etibarən Azərbaycan Respublikası AİB-dən ümumi dəyəri təxminən 5,2 milyard dollar olan kredit, qrant və texniki yardımlar əldə etmişdir. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrindədir.

 

AİB-in yardımı ilə məcburi köçkünlər üçün layihə çərçivəsində 400-dən artıq məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşmış, 4 məktəb bərpa edilmiş, məcburi köçkünlərə əksəriyyəti qadınlar olmaqla kiçik kreditlər verilmişdir. Daşqınlarla mübarizə layihəsi çərçivəsində 240000-dən artıq əhali daşqınların təsirindən müdafiə olunmuşdur. Təxminən 200 kilometr yeni və təkmilləşdirilmiş magistral və kənd yolları salınmış, ikinci dərəcəli şəhərlərdə yaşayan təxminən 350 000 əhali yüksək keyfiyyətli və etibarlı içməli su ilə təchiz olunmuşdur.

 

2015-ci ilin 1-5 may tarixlərində AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı Bakıda keçirilmişdir.

 

Azərbaycan AİB-in Mərkəzi Asiya üzrə Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının da üzvüdür və bu proqram vasitəsi ilə nəqliyyat, enerji, ticarət danışıqları və digər sahələr üzrə AİB tərəfindən Azərbaycana yardım göstərilməkdədir.

 

AİB ilə tərəfdaşlıq 2019-2023-ci illəri əhatə edən 5 illik ölkə tərəfdaşlıq strategiyası ilə tənzimlənir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti