Azərbaycan Respublikası əsası 8 dekabr 1991-ci il tarixində qoyulmuş Müstəqil Dövlətlər Birliyinə (MDB) 24 sentyabr 1993-cü il tarixində üzv olmuşdur.
Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
Azərbaycan hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.
MDB Dövlət Başçıları Şurasının iclasları
- 18 dekabr 2020-ci il tarixində MDB Dövlət Başçıları Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 15 oktyabr 2021-ci il tarixində MDB Dövlət Başçıları Şurasının Minsk şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 14 oktyabr 2022-ci il tarixində MDB Dövlət Başçıları Şurasının Astana şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 13 oktyabr 2023-cü il tarixində MDB Dövlət Başçıları Şurasının Bişkek şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 8 oktyabr 2024-cü il tarixində MDB Dövlət Başçıları Şurasının Moskva şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
MDB Hökumət Başçıları Şurasının iclasları
- 29 may 2020-ci il tarixində MDB Hökumət Başçıları Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 6 noyabr 2020-ci il tarixində MDB Hökumət Başçıları Şurasının videokonfrans rejimində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 28 may 2021-ci il tarixində MDB Hökumət Başçıları Şurasının Minsk şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 20 may 2022-ci il tarixində MDB Hökumət Başçıları Şurasının video-konfrans formatında növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iştirak etmişdir.
- 28 oktyabr 2022-ci il tarixində MDB Hökumət Başçıları Şurasının Astana şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 8 iyun 2023-cü il tarixində MDB Hökumət Başçıları Şurasının Soçi şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 26 oktyabr 2023-cü il tarixində MDB Hökumət Başçıları Şurasının Bişkek şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 12 dekabr 2024-cü il tarixində MDB Hökumət Başçıları Şurasının Moskva şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
MDB Xarici İşlər Nazirləri Şurasının iclasları
- 2 aprel 2021-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının Moskva şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 13 may 2022-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 12 oktyabr 2022-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 14 aprel 2023-cü il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının Səmərqənd şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 12 oktyabr 2023-cü il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının Bişkek şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
- 7 oktyabr 2024-cü il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının Moskva şəhərində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.