Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Azərbaycan – UNESCO münasibətləri

BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO-nun nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO fəaliyyətə başlamışdır. Hazırda UNESCO-nun 193 üzvü və 11 Assosiativ Üzvü var. UNESCO-nun üç əsas orqanı fəaliyyət göstərir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik. UNESCO-nun Baş direktoru vəzifəsini 2017-ci ilin 15 noyabr tarixindən xanım Odre Azule (Fransa) icra edir.

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli Sərəncamına uyğun olaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür (2004-2022).

 

Azərbaycanın 3 maddi mədəni irs nümunəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir: "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” (2000);"Qobustan Qaya Sənəti Mədəni Landşaftı" (2007) və “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” (2019), Xınalıqların Mədəni Landşaftı və “Köç yolu” Marşrutu (2023), Azərbaycanın Hirkan meşəsi” (2023).

 

Azərbaycanın 19 qeyri-maddi mədəni irs nümunəsi ("Azərbaycan Muğamı" (2008), "Azərbaycan Aşıq Sənəti” (2009), "Novruz" (2009), "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti" (2010), "Tar və Onun İfaçılıq Sənəti" (2012), "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması" (2014), “Lahıcın misgərlik sənəti” (2015), “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka” (2016), “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” (2017), “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti” (2017), “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” (2018), "Miniatür sənəti" (2020) və “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” (2020),  “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” (2022), “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” (2022) (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (2022) (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan), “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (2022)  (Azərbaycan və Türkiyə) UNESCO-nun Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir.

 

2 irs nümunəsi ("Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" (2013) və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” (2018)) isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

 

Azərbaycan tərəfindən “Azıx və Tağlar mağaraları” –Azərbaycanın tarixdən əvvəlki yerləri, “Xudafərin körpüləri” abidələri UNESCO-nun İlkin Siyahısına daxil edilmişdir.

 

Ölkəmizdən “Azərbaycanın Orta əsrlərə aid tibbi və əczaçılıq əlyazmaları” (2005) və “Füzulinin Divan əlyazmasının surəti” (2017), Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu (2023) UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmişdir.

 

Son 5 ildə UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində İmadəddin Nəsiminin ölümünün 600-cü ildönümü (2017), Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi (2017), Cənubi Qafqazda alman yaşayış məskənlərinin salınmasının 200 illik yubileyi (2017), Qara Qarayevin anadan olmasının 100 illik yubileyi (2018), Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi (2019), Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi (2020),  Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi (2022), Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi (2023) qeyd olunmuşdur. Memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin anadan olmasının 900 illiyi və “Divanı-lüğəti-türk”ün 950 illik yubileyi 2024-202ci illərdə qeyd olunacaqdır.

 

Ölkəmizdə fəaliyyət göstərən 18 təhsil müəssisəsi UNESCO Assosiativ Məktəblər Şəbəkəsi Proqramına (ASPnet) qoşulmuşdur.

 

Azərbaycanın 3 şəhəri – Bakı, Qəbələ 2020-ci ilin 21 sentyabr tarixində UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə daxil olmuşdur.

 

2021-ci ilin noyabr ayında UNESCO-nun İcraiyyə Şurasının üzvlüyünə keçirilən seçkilərdə İkinci Seçki Qrupundan (Şərqi Avropa) ölkəmizin namizədliyi irəli sürülmüş, gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səslə 2021-2025-ci illər üzrə İcraiyyə Şurasının üzvü seçilmişdir.

 

2021-ci ildə 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il ikinci Protokoluna tərəf ölkələrin UNESCO-nun Baş qərargahında keçirilən 9-cu sessiyasında Azərbaycan “Silahlı Münaqişə Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Hökumətlərarası Komitə”nin üzvü seçilmişdir.

 

2021-ci ildə UNESCO-nun Baş Konfransı tərəfindən “Bədən Tərbiyəsi və İdmanla bağlı Nazirlərin VII Beynəlxalq Konfransı”nın (VII MINEPS) Azərbaycanda keçirilməsi ilə bağlı qərar rəsmən elan olunmuşdur. VII MINEPS 2023-cü ilin 26-29 iyun tarixlərində Bakı şəhərində keçirilmişdir.

 

2022-ci ildə keçirilən UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim edilən iki qətnamə layihəsi – “Fit for Life” layihəsinin həyata keçirilməsi və Bədən Tərbiyəsi və İdman Nazirlərinin və Yüksək Vəzifəli Rəsmilərinin VII Beynəlxalq Konfransı” və “Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihələri yekdilliklə qəbul edilmişdir.

 

2022-ci il 15-17 dekabr tarixlərində Parisdə UNESCO-nun Baş qərargahında təşkilatın Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 17-ci sessiyası keçirilmişdir. Sessiyanın açılışında Komitə Bürosunun formalaşdırılması məsələsi müzakirə edilmiş və yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilmişdir.

 

Azərbaycanda 3 UNESCO kafedrası fəaliyyət göstərir: Bakı Dövlət Universitetində “İnsan hüquqları və informasiya hüququ” UNESCO Kafedrası (2015-ci il); Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzində “İKT əsaslı yanaşma vasitəsilə müəllimlərin peşəkar inkişafının möhkəmləndirilməsi” üzrə UNESCO Kafedrası (2017-ci il) və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO "Aşıq Şəmşir" kafedrası (2020-ci il).

 

2017-ci ildə UNESCO-nun Baş konfransının qərarı ilə Şəki şəhəri sənətkarlıq və xalq yaradıcılığı tematikası üzrə, 2019-cu ildə isə Bakı şəhəri dizayn tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilmişdir. 2021-ci ildə Lənkəran şəhəri qastronomiya tematikası üzrə sözügedən Şəbəkəyə daxil edilmişdir.

Ölkəmizdə fəaliyyət göstərən 7 təhsil müəssisəsində - Bu Klublar ADA Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Avropa Liseyi və 20 saylı məktəb-liseydə fəaliyyət göstərir.

 

Ali səfərlər

 

4-6 may 2017-ci il tarixində UNESCO-nun Baş direktoru İrina Bokova Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

18 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO-nun sabiq Baş direktoru Koiçiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə Parisdə keçirilən konfransda iştirak və çıxış etmişdir.

30 iyun-2 iyul 2019-cu il tarixində UNESCO-nun Baş direktoru Odre Azule UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə səfər etmişdir.

10 noyabr 2021-ci il tarixində AR xarici işlər naziri Ceyhun Bayramov UNESCO Baş konfransının 41-ci sessiyasında iştirak məqsədilə Parisə səfər etmişdir. Səfər çərçivəsində C.Bayramov və UNESCO Baş direktoru Odre Azule arasında görüş keçirilmişdir.

9 noyabr 2023-cü il tarixində AR xarici ilər nazirinin müavini Elnur Məmmədov UNESCO Baş konfransının 42-ci sessiyası çərçivəsində ölkəmizi təmsil etmişdir. Parisə səfər zamanı UNESCO-nun Baş direktoru Odri Azule ilə görüşmüşdür.

 

Azərbaycanın üzv olduğu UNESCO-nun alt-qurumları

 

1. Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsi (2019-2023);

2. Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi (CIGEPS) (2019-2023);

3. Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurası (2019-2023).

4. Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2021-2025)

5. “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının Yardımçı Komitəsi (2023-2027).

6. “İnsan və Biosfer Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasına üzv” (2023-2027).

 

Azərbaycanda UNESCO-nun müxtəlif sahələri üzrə yaradılmış milli komitələr

 

  1. Muzeylərin Beynəlxalq Şurası (ICOM- International Council of Museums);
  2. Beynəlxalq Hidroloji Proqram (IHP- International Hydrological Programme);
  3. İnsan və Biosfer Proqramı (MAB- Man and the Biosphere Programme);
  4. Beynəlxalq Bioetika Komitəsi (IBC- International BioethicsCommittee);
  5. İnformasiya Hamı üçün Proqramı (IFAP - Information For All Programme);
  6. Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə (Memory of the World Register Programme).

 

UNESCO və Azərbaycan arasında imzalanmış sənədlər

 

  1. 24 noyabr 2010-cu il tarixində “Azərbaycan Respublikası Hökuməti və UNESCO arasında Yaponiyanın “İnsan Resursları İmkanlarının Gücləndirilməsi üzrə İnam Fondu”nun layihəsi üçün Əməliyyat Planına dair Müqavilə” imzalanmışdır.
  2. 18 iyul 2013-cü il tarixində “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. 28 yanvar 2020-ci ilin tarixində UNESCO baş qərargahında Azərbaycan və UNESCO arasında Çərçivə sazişinin növbəti 5 il müddətinə uzadılması üçün Sazişə dəyişikliklər barədə Protokol imzalanmışdır.
  3. 24 yanvar 2014-cü il tarixində “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş” imzalanmışdır.

 

Azərbaycan Respublikasının qoşulduğu UNESCO konvensiyaları

 

  1. Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Protokol (1993) və İkinci Protokol (2000);
  2. Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);
  3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);
  4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);
  5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);
  6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);
  7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);
  8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);
  9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);
  10. Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);
  11. Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);
  12. İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007);
  13. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010);
  14. Nəşrlərin beynəlxalq mübadiləsinə dair 3 dekabr 1958-ci il Konvensiyası (2020).

 

 

UNESCO-nun baş qərargahı

Ünvan: 7, place de Fontenoy, 75352 Paris 07 SP, France

Tel: +33 1 45 68 10 00

Faks: +33 1 45 67 16 90

İnternet səhifəsi: www.unesco.org

 

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi

Ünvan: 1, rue Miollis, 75015 Paris

Tel: + 33 1 45 68 28 77;  + 33 1 45 68 28 78

E-mail: unesco@mission.mfa.gov.az

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

Ünvan: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi,

Bakı şəhəri AZ-1009, Ş.Qurbanov küçəsi 50

Tel: +(99412) 596 93 22

E-mail: unesco@mfa.gov.az

Website: www.unesco.az

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti