Media akkreditasiyası
Media akkreditasiyası
Fotoşəkillərə dair tələblər

Media akkreditasiyası müraciəti zamanı Xarici İşlər Nazirliyinə təqdim edilən rəqəmsal fotoşəkillər media nümayəndəsinin akkreditasiya kartının üzərində çap edilir. 


Tələblər:

  • Fotoşəkillər parlaq olmayan sadə ağ fonda çəkilməlidir;

  • Fotoşəkillər rəngli olmalıdır;

  • Fotoşəkillərin ölçüsü 3x4 sm (minimum ölçü: 354 x 472 piksel, maksimum ölçü 708 x 944 piksel), keyfiyyəti isə 300 dpi-dan yuxarı olmalıdır;

  • Fotoşəkil media nümayəndəsinin cari görünüşünü əks etdirmək üçün son 6 ay müddətində çəkilmiş olmalıdır;

 

Fotoşəkillərin kompozisiyası standart sənəd fotosu formatında olmalıdır və aşağıdakı tələblərə cavab verməlidir:

  • Media nümayəndəsinin üz ifadəsi neytral olmalıdır;

  • Media nümayəndəsi siması tam olaraq kadrda olmalıdır;

  • Media nümayəndəsi çəkiliş zamanı kameraya tam dönük olmalıdır;


Nümunə üçün bu formadan istifadə edə bilərsiniz.


Diqqət: Yuxarıda qeyd edilən tələblərə cavab verməyən şəkillərin təqdim edilməsi akkreditasiya prosesinin ləngiməsinə gətirib çıxara bilər.
 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti