2020-04-22

No:076/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır (Az/Ru)

Sual: Rusiya Federasiyasının Xarici İşlər naziri S.Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistan Xarici işlər naziri Z.Mnatsakanyan münasibət bildirdi. Bu xüsusda Azərbaycan XİN-in şərhini öyrənə bilərikmi?

Cavab: Məlum olduğu kimi, müasir dünya düzümü II Dünya Müharibəsindən sonra formalaşdı və onun əsasları 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərində öz əksini tapdı. Bütün bu fundamental sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratı prinsiplərinə aydınlıq gətirilir. Azərbaycan kimi, Ermənistan da bu sənədlərin tamhüquqlu iştirakçısıdır və onlara birmənalı şəkildə riayət edilmək öhdəliyini öz üzərinə götürüb. Bir daha xatırladırıq ki, iştirakçı ölkələr digər ölkələrin ərazilərinin toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı güc istifadə etməkdən çəkinməlidirlər. Həmçinin növbəti dəfə vurğulayırıq ki, yuxarıda qeyd etdiyimiz Helsinki Yekun Aktında qeyd olduğu, daha sonradan isə Paris Xartiyasında bir daha təsdiq olunduğu kimi, öz müqəddəratını müəyyən etmə prinsipinə gəldikdə, iştirakçı ölkələr BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hərəkət etməlidirlər.

Ermənistanla Azərbaycan arasındakı münaqişə halında, məhz Ermənistan Respublikası yuxarıda qeyd etdiyimiz öhdəliklərini pozaraq, qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyidir. Qarabağın əhalisinin üçdə birinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum oldunqları bir vaxtda, nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz.

Bu ilin 21 aprel tarixində Rusiya Federasyasının Xarici işlər naziri Serqey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi məlum şərhinə gəldikdə isə, bu yanaşmanın ATƏT-in Minsk Qrupunun bütün həmsədrləri tərəfindən nümayiş etdirildiyini təsdiq edə bilərəm və bu mövqe onların özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində və bütün səviyyələrində dəfələrlə və ardıcıl olaraq səsləndirilib.

Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Nə qədər tez Ermənistan bunu dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar.

---

Начальник Управления пресс-службы МИД Азербайджана Лейла Абдуллаева отвечает на вопрос СМИ

Вопрос: Министр иностранных дел Армении З.Мнацаканян высказался в отношении заявления министра иностранных дел РФ С.Лаврова, озвученного им во время видеоконференции 21 апреля сего года. В этой связи не могли бы Вы прокомментировать позицию МИД АР?

Ответ: Как известно основы нового миропорядка были заложены после II Мировой войны и закреплены в Уставе ООН 1945 г., Хельсинском Заключительном Акте 1975 г. и Парижской хартии 1990 г. Во всех этих основополагающих документах находят свое разъяснение нормы и принципы международного права, в том числе принципы суверенитета, территориальной целостности и самоопределения народов. Как Азербайджан, так и Армения являются полноценными участниками этих документов, взявшие на себя обязательства по их безукоризненному соблюдению. Вновь напоминаем, что государства-участники должны воздерживаться в своих действиях от угрозы силой или ее применения против территориальной неприкосновенности или политической независимости любого государства. Также в очередной раз подчеркиваем, что в отношении принципа самоопределения, государства-участники должны действовать в соответствии с целями и принципами Устава ООН и соответствующими нормами международного права, включая те, которые относятся к территориальной целостности государств, как это зафиксировано в вышеупомянутом  Хельсинском Заключительном Акте и затем переподтверждено Парижской хартией.

В случае конфликта между Арменией и Азербайджаном, именно Республика Армения в нарушение своих вышеотмеченных обязательств, применив военную агрессия против соседнего Азербайджана, оккупировала 1/5 часть международно-признанных территорий Азербайджана, подвергнув этнической чистке более миллиона азербайджанцев. В этих условиях министр иностранных дел страны-агрессора, то бишь Армении в безапелляционном манере заявляет  о проблемах безопасности и свободного волеизъявления. О какой безопасности можно говорить в условиях военной оккупации. Сам факт оккупации одним государством территории другого государства и есть постоянный источник угрозы безопасности. Невозможно говорить о безопасности и свободном волеизъявлении населения Карабаха, когда его треть насильственно изгнана с мест своего постоянного проживания и около 30 лет  лишена возможности вернуться в свои дома и участвовать в свободном волеизъявлении в отношении будущего своего региона.

Что касается известного комментария министра иностранных дел России Сергея Викторовича Лаврова от 21 апреля в отношении поэтапного подхода урегулирования армяно-азербайджанского нагорно-карабахского конфликта, могу лишь отметить, что данная позиция подтверждается со стороны всех сопредседателей МГ ОБСЕ, которая неоднократно и последовательно ими озвучивалась на всех уровнях и этапах процесса урегулирования конфликта

Следует помнить, что оккупация временная. И чем раньше Армения осознает это и перестанет заниматься самообманом, обманом собственного населения и попытками ввести в заблуждение мировое сообщество, тем больше шансов для избежания дальнейшего кровопролития и усугубления ее и без того удручающего состояния.

Arxiv üzrə axtarış

xin diplomatic service