Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
Qeyd: Bir sıra ölkələr tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində müvafiq pasportlar üzrə mövcud olan vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılma və ya məhdudlaşdırılma halları mövcuddur. Bu xüsusda, müvafiq pasporta sahib Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrə səfər etmədən öncə həmin ölkə tərəfindən tətbiq olunan giriş-çıxış və viza qaydalarının dəqiqləşdirilməsini tövsiyə edirik.
II QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
|
Ölkənin adı |
İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət |
|
Belarus |
90 gün |
|
Çin |
Hər səfər ərzində 30 gündən çox olmamaqla hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün |
|
Gürcüstan |
90 gün |
|
Qazaxıstan |
90 gün |
|
Qırğızıstan |
90 gün |
|
Moldova |
90 gün |
|
Özbəkistan |
90 gün |
|
Rusiya |
90 gün (bir təqvim ili ərzində) |
|
Tacikistan |
90 gün |
|
Ukrayna |
90 gün |
|
Türkiyə |
90 gün |
|
Qətər |
30 gün Qeyd: Təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir. |
|
Birləşmiş Ərəb Əmirlikləri |
90 gün |
|
Serbiya |
90 gün |
|
Albaniya |
90 gün |
|
Mərakeş |
90 gün Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar. |
|
Maldiv Respublikası |
90 gün Qeyd: Ümumvətəndaş pasportuna malik vətəndaşlar. 90 gündən çox qalmaq, yaxud işləmək, təhsil müəssisəsində təhsil almaq və ya işgüzar fəaliyyətlə məşğul olmaq istəyən Maldiv Respublikası vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidirlər. |
III QRUP
Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
|
|
Ölkənin adı |
Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət |
|
1. |
İran |
15 gün |
|
2. |
Monteneqro |
90 gün |
|
3. |
|
90 gün |
|
4. |
Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi – yalnız diplomatik və xidməti pasport) |
14 gün |
|
5. |
Malayziya (ümumvətəndaş, diplomatik, xidməti pasport) |
30 gün |
|
6. |
Livan (ümumvətəndaş, diplomatik, xidməti) |
30 180 90 |
IV QRUP
Azərbaycan Respublikası tərəfindən aşağıda qeyd olunan ölkələrin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
|
№ |
Ölkənin adı |
Azərbaycan Respublikasının ərazisinə vizasız gediş-gəliş və qalmaq üçün icazə verilən müddət |
|
1. |
Çin Xalq Respublikasının Honkonq və Makao Xüsusi İnzibati Regionlarının Hökumətləri tərəfindən rəsmiləşdirilmiş ümumvətəndaş pasportlara malik Çin Xalq Respublikası vətəndaşları |
2026-cı ilin 2 fevral tarixindən 2027-ci ilin 2 fevral tarixinədək AR-ə 3 dəfə vizasız gəlmək və hər girişdə 30 günədək qalmaq |
|
2. |
Səudiyyə Ərəbistanı Krallığı |
2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək 3 dəfə və hər girişdə 30 günədək |
|
3. |
Oman Sultanlığı |
2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək 3 dəfə və hər girişdə 30 günədək |
|
4. |
Bəhreyn Krallığı |
2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək 3 dəfə və hər girişdə 30 günədək |
|
5. |
Küveyt Dövləti |
2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək 3 dəfə və hər girişdə 30 günədək |