Dövlət rüsumu

Viza rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6. və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:

  • birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları
  • çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları
  • tranzit vizaları üçün - 20 ABŞ dolları

Ölkələrin siyahısı

Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

Ödənilmə ünvanı

Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi. 

Diqqət!  Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!

Qeyd: “Dövlət  rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti