Media akkreditasiyası müraciəti zamanı Xarici İşlər Nazirliyinə təqdim edilən rəqəmsal fotoşəkillər media nümayəndəsinin akkreditasiya kartının üzərində çap edilir.
Tələblər:
-
Fotoşəkillər parlaq olmayan sadə ağ fonda çəkilməlidir;
-
Fotoşəkillər rəngli olmalıdır;
-
Fotoşəkillərin ölçüsü 3x4 sm (minimum ölçü: 354 x 472 piksel, maksimum ölçü 708 x 944 piksel), keyfiyyəti isə 300 dpi-dan yuxarı olmalıdır;
-
Fotoşəkil media nümayəndəsinin cari görünüşünü əks etdirmək üçün son 6 ay müddətində çəkilmiş olmalıdır;
Fotoşəkillərin kompozisiyası standart sənəd fotosu formatında olmalıdır və aşağıdakı tələblərə cavab verməlidir:
-
Media nümayəndəsinin üz ifadəsi neytral olmalıdır;
-
Media nümayəndəsi siması tam olaraq kadrda olmalıdır;
-
Media nümayəndəsi çəkiliş zamanı kameraya tam dönük olmalıdır;
Nümunə üçün bu formadan istifadə edə bilərsiniz.
Diqqət: Yuxarıda qeyd edilən tələblərə cavab verməyən şəkillərin təqdim edilməsi akkreditasiya prosesinin ləngiməsinə gətirib çıxara bilər.