news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 fevral 2016

Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir

2-4 fevral 2016-cı il tarixində Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotzias Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.

Səfər çərçivəsində Nikos Kotziasın 2 fevral 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 2 fevral tarixində saat 18:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti